main-post-cover

    Telegram-ın bazar dəyəri nə qədər təşkil edir?

    Tech-Biznes
    12.03.2024
    Farid Pardashunas
         Pavel Durov yeni müsahibələrinin birində Telegram-ın nailiyyətlərindən danışıb. Müsahibə çərçivəsində Durov yaratmış olduğu messencerin istifadəçi kütləsi və şirkət səhmlərinin birjada yerləşdirilməsi planları barəsində məlumat verib. Bununla yanaşı Telegram-ın hal-hazırda bazar dəyərinin nə qədər təşkil etdiyi məlum olub. Financial Times jurnalistlərinə müsahibə verən zaman Durov bildirib ki, Telegram hal-hazırda 900 milyon aktiv istifadəçiyə sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2021-ci ilin əvvəlində bu göstərici 500 milyon təşkil edirdi.
         Durov əlavə edib ki, ya bu il ya da artıq gələn il şirkət gəlir əldə etməyə başlayacaq. Onun sözlərinə əsasən messencerin əsas maliyyələşmə mənbələri qismində messencerə inteqrasiya edilmiş reklam platforması və aylıq ödənişli Telegram Premium abunəçiləridir. Məlumata əsasən bu mənbələr messencerə milyonlarla dollar vəsait gətirib. Durov bildirib ki, Telegram-ı əldə etmək istəyən müxtəlif təmsilçilər şirkəti 30 milyard dollar dəyərində qiymətləndiriblər. Bununla belə Durov messenceri hələ satmağı planlaşdırmır. Bunun yerinə o, şirkət səhmlərinin birjada yerləşdirilməsini planlaşdırır. Bunun isə nə zaman baş verəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
    gelen-aydan-telegram-oz-reklam-gelirlerini-kanallarin-sahibleri-ile-bolusmeye-baslayacaq
    Telegram mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar əldə edib
    telegram-mesajlarin-gonderilmesi-ile-bagli-yeni-funksiyalar-elde-edib
    Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
    telegram-ucun-yeni-il-oncesi-boyuk-yenilenme-istifadeye-verilib
    Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər
    telegram-in-android-ve-ios-versiyalari-novbeti-boyuk-yenilenmeni-elde-edibler
    Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
    telegram-in-apple-vision-pro-da-nece-goruneceyi-sergilenib-video