"technote.az" informasiya portalı "Technote Media" şirkətinə məxsusdur. 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən platformanın əsas məqsədi ölkədə və dünyada baş verən ən son texnoloji yenilikləri, hadisələri doğma dildə azərbaycanlı oxucuya çatdırmaqdır. Şirkətimizin əsas vizyonu ölkəmizdə və dünayda baş verən texnoloji hadisələri təmamilə tərəfsiz bir şəkildə işıqlandırmaq və texnoloji məlumatları ilk mənbəsindən oxucusuna çatdırmaqla, ölkənin ən güvənilinir texnologiya informasiya agentliyi olmaqdır.
        Bu istiqamətdə çalışan komandamız hər il sahənin ən böyük texnologiya konfrasnlarında iştirak etməklə, hadisə yerindən ən son məlumatları oxucularına çatdırmağı hədəf olaraq seçmişdir. Şirkət 2015-ci ildə Fərid Pərdəşünasın təşəbbüsü əsasında startap olaraq fəaliyyətinə başlamışdır. 2016-2018-ci illərdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində inkubasiya proqramından keçən "Technote Media", müstəqil şirkət olaraq fəaliyyətini davam etdirir. "Technote" 2022-ci ildə Azərbaycan Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi tərəfindən təsis edilən "IDDA Awards" müsabiqəsində ilin texnologiya mediası seçilmişdir.