main-post-cover

    Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib

    Sosial Media
    25.12.2023
    Farid Pardashunas
         Telegram tərtibatçıları messencer üçün Yeni il öncəsi böyük yenilənməni istifadəyə veriblər. İstifadəyə verilmiş yenilənmə özündə kanallar və adi istifadəçilər üçün bir sıra yeni imkanı birləşdirir. Beləliklə bundan sonra kanalların adminləri istifadəçilərin səsvermələri və keçirilən konkurslar nəticəsində əldə edilən səviyyələrdən (level) asılı olaraq öz kanallarının xarici görünüşlərini ayarlaya biləcəklər. Belə ki, admin öz kanalının  adının və fonunun rəngini dəyişməklə yanaşı kanalın profil loqosunu dəyişə və ona müxtəlif emojiləri əlavə edə bilər.
    Telegram
         Adi istifadəçilər isə kanallardakı paylaşımları öz Stories-lərində bölüşmək imkanını əldə ediblər. İstifadəçi öz Stories bölməsinə bu və ya digər kanaldakı istənilən paylaşımı bölüşə bilər. Stories paylaşımlarına baxış və onlara reaksiyalar kimi statistik məlumatlar həm kanal adminləri həm də adi istifadəçilər üçün aktivləşdirilib. Messencer daxilində istifadəyə verilmiş digər bir yenilik isə Stories-ə yüklənən fotonun fon hissəsinin silinməsidir. Telegram-ın yeni versiyası artıq Android iOS istifadəçiləri üçün aktivdir.
    Telegram
    Telegram
    Telegram
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər
    telegram-in-android-ve-ios-versiyalari-novbeti-boyuk-yenilenmeni-elde-edibler
    Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
    telegram-in-apple-vision-pro-da-nece-goruneceyi-sergilenib-video
    Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
    azerbaycan-dilli-telegram-kanallari-vasitesile-zererli-whatsapp-tekmillesdirmesi-yayilir
    Telegram-da növbəti böyük yenilənmə istifadəyə verilib
    telegram-da-novbeti-boyuk-yenilenme-istifadeye-verilib