main-post-cover

    Telegram mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar əldə edib

    Sosial Media
    16.01.2024
    Farid Pardashunas
         Telegram tərtibatçıları messencer üçün növbəti yenilənməni istifadəyə veriblər. 10.6 nömrəli yenilənmə çərçivəsində messencer bir sıra faydalı funksiyanı əldə edib. Beləliklə Telegram-ın əldə etmiş olduğu yeni funksiyalardan biri səsli mesajın yazılması ilə bağlıdır. Belə ki, bundan sonra istifadəçi səsli mesajı yazan zaman prosesi yarıda saxlaya və daha sonra onu yenidən bərpa edə bilər. Bununla belə səsli mesajın artıq yazılaraq yarıda saxlanmış hissəsi olduğu kimi qalacaq və bərpa edilmiş səsli mesaja birləşəcək.
    Telegram
         Bu funksiyadan istifadə etmək üçün sadəcə olaraq mikrofon işarəsini yuxarı sürüşdürərək yarıda saxlama düyməsinə klikləmək lazımdır. Səsli mesajın yazılma prosesini bərpa etmək üçün isə həmin düyməyə yenidən klikləmək lazım gələcək. Bununla yanaşı Telegram-a bir dəfəlik audio və video mesajların göndərilməsi funksiyası əlavə edilib. Bu cür audio və video mesajları qəbul etmiş şəxs onlara bir dəfə qulaq asandan və ya onları bir dəfə izlədikdən sonra mesajlar avtomatik olaraq silinəcəklər. Telegram 10.6 artıq Android iOS üçün istifadəyə verilib.
    Telegram
    Telegram
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
    telegram-ucun-yeni-il-oncesi-boyuk-yenilenme-istifadeye-verilib
    Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər
    telegram-in-android-ve-ios-versiyalari-novbeti-boyuk-yenilenmeni-elde-edibler
    Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
    telegram-in-apple-vision-pro-da-nece-goruneceyi-sergilenib-video
    Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
    azerbaycan-dilli-telegram-kanallari-vasitesile-zererli-whatsapp-tekmillesdirmesi-yayilir
    Telegram-da növbəti böyük yenilənmə istifadəyə verilib
    telegram-da-novbeti-boyuk-yenilenme-istifadeye-verilib