main-post-cover

    ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil

    Sosial Media
    26.04.2024
    Farid Pardashunas
         Dünən məlum oldu ki, ABŞ prezidenti Joe Biden, TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin sənədini imzalayıb. ABŞ prezidenti tərəfindən imzalanmış qanun layihəsinə əsasən TikTok-un sahibi olan ByteDance şirkəti servisi 270 gün ərzində satmalıdır. Əks halda servis ABŞ ərazisində bloklanacaq. Lakin görünür, ByteDance öz məşhur servisini satmaq niyyətində deyil. Belə ki, Reuters saytının 4 anonim mənbəsinin vermiş olduğu məlumata əsasən TikTok-un ABŞ ərazisində bloklanma qərarı ilə mübarizə mövzusunda ByteDance şirkətinin bütün hüquqi imkanlarının tükənəcəyi halda şirkət sadəcə olaraq TikTok-u ABŞ ərazisində bağlayacaq.
         TikTok-un satılması mövzusunda əsas problemlərdən biri də servisdə olan məsləhət xarakterli alqoritmdir. Belə ki, bu alqoritm ByteDance şirkətinin digər məhsullarında da istifadə edilir. ByteDance şirkətinin dövriyyəsinin və həftəlik istifadəçi kütləsinin yalnız kiçik bir hissəsi TikTok-u əhatə edir. Buna görə də şirkətə ən sərf edən çıxış yolu, servisi amerikalılara satmaq deyil, onu sadəcə ABŞ ərazisində bağlamaqdır. Məlumata əsasən ByteDance şirkətinin keçən il ümumi dövriyyəsinin yalnız 25%-i TikTok-un payına düşmüşdü.
         Şirkətin ümumi dövriyyəsinin böyük hissəsini digər servislər əhatə edirlər. Onlardan biri də TikTok-un Çin üçün nəzərdə tutulmuş versiyası olan Douyin-dir. TikTok-un ABŞ-da gündəlik unikal istifadəçi kütləsi ByteDance şirkətinin bütün servislərinin ümumi istifadəçi kütləsinin 5%-ni təşkil edir. Bu səbəbdən də TikTok-un ABŞ-da bloklanması ByteDance şirkətinin biznesinə demək olar təsir göstərməyəcək. Həmçinin bu halda şirkət öz dəyərli alqoritmini də satmaq məcburiyyətində qalmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb
    joe-biden-tiktok-un-abs-erazisindae-bloklanmasi-qanununu-imzalayib
    TikTok-un ABŞ-da bloklanması qanunu ABŞ Senatı tərəfindən təsdiqlənib
    tiktok-un-abs-da-bloklanmasi-qanunu-abs-senati-terefinden-tesdiqlenib
    Bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək insansız taksiləri trollayıb! (Video)
    bir-tiktoker-uzerinde-yol-nisaninin-sekli-olan-koynek-geyinerek-insansiz-taksilleri-trollayib-video
    ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşıb
    abs-hokumeti-oz-erazisinde-tiktok-un-qadagan-olunmasina-bir-addim-daha-yaxinlasib
    TikTok üçün istifadəçi səsinin klonlaşdırılması funksiyası hazırlanır
    tiktok-ucun-istifadeci-sesinin-klonlasdirilmasi-funksiyasi-hazirlanir