main-post-cover

    Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb

    Sosial Media
    25.04.2024
    Farid Pardashunas
         Dünən məlum oldu ki, ABŞ Konqresinin Nümayəndələr palatasının ardınca ABŞ Senatı da TikTok-un ABŞ ərazisində bloklanmasına hədəflənmiş qanun layihəsinin qəbulunu təsdiqləyib. ABŞ Senatının bu qanun layihəsini təsdiqləməsindən sonra onun sadəcə ABŞ prezidenti Joe Biden tərəfindən imzalanması lazım idi. Verilmiş xəbərə əsasən Joe Biden öz növbəsində sözügedən qanun layihəsini imzalayıb. Joe Biden tərəfindən imzalanmış qanuna əsasən TikTok-un sahibi olan ByteDance şirkəti 270 gün ərzində servisi satmalıdır. Əks halda TikTok ABŞ ərazisində tamamilə bloklanacaq.
         ByteDance şirkətinin TikTok-u satmayacağı halda ABŞ-da fəaliyyət göstərən tətbiq mağazaları onu öz platformalarından silmək məcburiyyətində qalacaqlar. İnternet hostinqlər isə TikTok-un ABŞ ərazisində yayılmasına imkan verən xidmətləri təqdim edə bilməyəcəklər. Qeyd edilmiş qaydaları pozacaq şirkətləri cərimə gözləyir. ByteDance şirkəti öz növbəsində bildirib ki, o bu qərarla bağlı məhkəməyə müraciət edəcək. “Biz özümüzdən əminik və məhkəmələrdə sizin hüquqlarınız uğrunda mübarizə aparmağa davam edəcəyik. Faktlar və konstitusiya bizim tərəfimizdədir və biz qalib gəlməyə hədəflənmişik” - deyə TikTok təmsilçisi qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    TikTok-un ABŞ-da bloklanması qanunu ABŞ Senatı tərəfindən təsdiqlənib
    tiktok-un-abs-da-bloklanmasi-qanunu-abs-senati-terefinden-tesdiqlenib
    Bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək insansız taksiləri trollayıb! (Video)
    bir-tiktoker-uzerinde-yol-nisaninin-sekli-olan-koynek-geyinerek-insansiz-taksilleri-trollayib-video
    ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşıb
    abs-hokumeti-oz-erazisinde-tiktok-un-qadagan-olunmasina-bir-addim-daha-yaxinlasib
    TikTok üçün istifadəçi səsinin klonlaşdırılması funksiyası hazırlanır
    tiktok-ucun-istifadeci-sesinin-klonlasdirilmasi-funksiyasi-hazirlanir
    TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
    tiktok-instagram-analoqunu-hazirladigini-tesdiqleyib