main-post-cover

    TikTok üçün istifadəçi səsinin klonlaşdırılması funksiyası hazırlanır

    Sosial Media
    22.04.2024
    Farid Pardashunas
         TikTok-un Android üçün olan tətbiqinin son versiyasında yeni funksiyaya dair kod sətrləri aşkar edilib. Söhbət, mətnin süni zəka əsasında nitqə çevrilməsi funksiyasından gedir. Bu funksiya istifadəçilərə unikal səs yazılarını hazırlamağa imkan verə bilər. Funksiyanın məğzi ondan ibarətdir ki, istifadəçi öz səsinin nümunəsini yazır və daha sonra süni zəka səs nümunəsini analiz edərək onun əsasında realistik səsli mesajları tərtib edir. Bu isə öz növbəsində kontentin yaradılması mövzusunda yeni imkanlar yaradır. Belə ki, istifadəçi fərdi şəkildə mikrofon qarşısında danışmadan səsli yazıları tərtib edə bilər. Bu funksiyadan istifadə etmək istəyən istifadəçilər “TikTok Voice Library” adlı istifadə şərtlərini qəbul etməli olacaqlar.
         Şərtləri qəbul edəndən sonra istifadəçi öz səsini yaza və daha sonra onu süni səsə çevirə bilər. Bu proses cəmi 10 saniyə çəkir. Daha sonra isə istifadəçi TikTok kontentlərinin yaradılması istiqamətində süni səsi mətnin nitqə çevrilməsində istifadə edə biləcək. Konfidensiallıq nöqteyi nəzərdən istifadəçilər əmin ola bilərlər ki, onların süni səsləri tamamilə konfidensial olaraq qalacaqlar və onları istənilən zaman silmək mümkün olacaq. Bundan əlavə olaraq istifadəçilər öz süni səslərini “Voice Library”-dən də silə biləcəklər. Bunun sayəsində digərləri öz kontentlərində hər hansısa şəxsin süni səsindən istifadə edə bilməyəcəklər. Hal-hazırda bu funksiya hazırlanma mərhələsindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
    tiktok-instagram-analoqunu-hazirladigini-tesdiqleyib
    TikTok Instagram analoqunu istifadəyə verməyə hazırlaşır
    tiktok-instagram-analoqunu-istifadeye-vermeye-hazirlasir
    TikTok 2023-cü ildə Azərbaycanda 2 milyondan çox videonu silib!
    tiktok-2023-cu-ilde-azerbaycanda-2-milyondan-cox-videonu-silib
    TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib
    tiktok-un-abs-da-qadagan-edilmesine-hedeflenmis-qanun-resmi-seviyyede-desteklenib
    TikTok-un ABŞ-da bloklanması mövzusu yenidən aktuallaşıb
    tiktok-un-abs-da-bloklanmasi-movzusu-yeniden-aktuallasib