main-post-cover

    GameSummit Winterdə oyun konfrası olacaq

    Reklam və Marketinq
    04.12.2023
    Farid Pardashunas
         GameSummit Winter festivalı çərçivəsində Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası (AGDA) oyunların yaradılması və təbliğinə həsr olunmuş böyük biznes konfransı təşkil edir.
         Həm Azərbaycanın oyun studiyalarının, həm də beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər. Electronic Arts (FIFA, Battlefield), iLogos (Angry Birds, Shadow Fight, Chess.com), eləcə də VFX sənayesi (Spiderman, Aquaman) sahəsində çalışan insanlardan çıxışlar olacaq. Metapro şirkətinin təqdimatında web3 və oyunlar haqqında danışacaq və tərtibatçılar üçün master-klass keçirəcək.
         Gamesummit Winter 9 dekabr 2023-cü ildə Flame Towers otelində keçiriləcək. Bu, video oyun həvəskarları üçün yarışlarda iştirak etmək və oyun icmasını inkişaf etdirmək üçün əla fürsətdir. Ancaq festival sadəcə oyun yarışlarından ibarət deyil. Festival oyun mədəniyyətinin təntənəsidir, pərəstişkarlarına esports və ümumilikdə video oyunlara olan sevgini bölüşmək üçün platforma təklif edir. Gamesummit və AGDA Azərbaycanda oyun sənayesini inkişaf etdirməyi hədəfləyir, buna görə də hər bir müstəqil tərtibatçı konfransda iştirak etmək və  öz oyununun demo versiyasından istifadə edərək bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcək.
         Konfrans bütün VIP və Premium bilet sahibləri üçün açıqdır. Bütün əlavə məlumat, qeydiyyat təfərrüatları və tədbir cədvəli festivalın rəsmi gamesummit.ai saytında mövcud olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gamesummit Oyun Çempionatları elan edir
    gamesummit-oyun-cempionatlari-elan-edir
    Oyun Konvensiyasında İlk Azərbaycan Indie Oyun Mükafatı
    oyun-konvensiyasinda-ilk-azerbaycan-indie-oyun-mukafati
    Gamesummit oyun festivalı dekabr ayında keçiriləcək
    gamesummit-oyun-festivali-dekabr-ayinda-kecirilecek