Gamesummit oyun festivalı dekabr ayında keçiriləcək
Digər
Reklam və Marketinq
27.10.2023
Farid Pardashunas
9 Dekabrda Fairmont Flame Towers-da Gamesummit adlı böyük oyun festivalı keçiriləcək. Bu tədbir öncəkindən daha maraqli və heyəcanlı olacaq. Bu tədbirdə daha çox oyun, kospley, musiqi və oyun və geek mədəniyyətinin bütün izləyiciləri üçün əyləncə gözlənilir.
11 İyun tarixində keçirilən ilk tədbiri 3 minə yaxın adam ziyarət edib və 70-dən çox şirkət, təşkilat və sponsorları cəlb etmişdir. Bu faktlar Gamesummit-in yerli oyunçu və geek mədəniyyəti izləyiciləri arasında böyük populyarlığa sahib olduğunu göstərir.
9 Dekabr üçün planlaşdırılan yeni Gamesummit tədbirində oyun çempionatları, kospley müsabiqələri, K-Pop çıxışları, VR zona və oyun, anime və komiks ilə əlaqəli müxtəlif suvenir və aksesuarları almaq imkanı kimi daha çox maraqli tədbirlər və əyləncələr gözlənilir.
Həm də ilk dəfə olaraq bu tədbirdə yerli oyun inkişaf etdiriciləri üçün müsabiqə və ayrıca bir biznes konfransı təşkil olunacaq.
Biletləri rəsmi veb səhifədən əldə edə bilərsiniz:
Tədbirlə bağlı suallarınız üçün rəsmi sosial şəbəkələrə müraciət edə bilərsiniz:
Biletlərin sayı məhduddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)
iOS 18-də olacaq bəzi yeni funksiyalar açıqlanıb