main-post-cover

    Oyun Konvensiyasında İlk Azərbaycan Indie Oyun Mükafatı

    Digər
    Reklam və Marketinq
    15.11.2023
    Farid Pardashunas
         Bakı, 9 dekabr — Video oyun tərtibatçıları, oyun düzəlmə sənayesində işləyənlər və adi oyunçular müstəqil oyun inkişafında ən yaxşıları vurğulamaq üçün Bakıda bir araya gələcəklər.
         Bütün bunlar Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bundan başqa assossiasiya bu oyunlara hakimlik edəcək.
         İlk Azərbaycan Indie Oyun Mükafatı GameSummit Winter 2023 çərçivəsində baş tutacaq, burada müxtəlif ölkələrdən müstəqil oyun tərtibatçıları üç kateqoriyada yarışacaqlar:
         Maraqlıq: həqiqətən məmnunedici və cəlbedici oyun təcrübəsi təqdim edir. Qalibi müəyyən etmək üçün oyun mexanizmi və ümumi əyləncə dəyəri qiymətləndiriləcək.
         Unikallıq: İnnovasiya və yaradıcılıq müstəqil oyun yaradılmasının təməl daşlarıdır. Bu kateqoriya oyunçulara əvvəllər görmədikləri və ya yaşamadıqları bir şey təklif edən yeni zəmin yaradan oyunları əhatə edir.
         Vizual gözəllik: Bu kateqoriya sənətkarlıq və estetika baxımından üstün olan oyunları əhatə edit Münsiflər oyun dünyalarının vizual dizaynını, bədii istiqamətini və gözəlliyini qiymətləndirəcəklər.
         Gamesummit, müstəqil oyun tərtibatçılarına istedadlarını nümayiş etdirmək, tanınmağa kömək etmək və sənaye peşəkarlarının oyunçularla əlaqə yaratmaq üçün bir platforma təmin etmək məqsədi daşıyır. Bu tədbir müstəqil oyun yaradılması icması daxilində əməkdaşlıq, ilham və innovasiya yaratmaq üçün nəzərdə tutulub.
         Mükafatlandırma mərasimi dekabrın 9-da baş tutacaq GameSummit Winter 2023-ün əsas məqamı olacaq.
         Gamesummit-ə bilet burdan əldə etmək olar:
         Oyunlarını təqdim etməkdə maraqlı olan müstəqil oyun tərtibatçıları bu formanı doldurmalıdırlar:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gamesummit oyun festivalı dekabr ayında keçiriləcək
    gamesummit-oyun-festivali-dekabr-ayinda-kecirilecek