main-post-cover

    14 illik gözləntidən sonra iPad planşetləri öz doğma kalkulyator tətbiqini əldə edəcəklər

    Proqram Təminatı
    25.04.2024
    Farid Pardashunas
         Apple şirkətinin iPad planşetləri üçün nəzərdə tutulmuş iPadOS əməliyyat sistemi geniş funksionallığa sahib olsa da, onda hələ də doğma kalkulyator tətbiqi yoxdur. iPad istifadəçiləri bu tətbiqin planşetlərdə istifadəyə verilməsini 14 il ərzində gözləyirlər. Görünür, bu il ərzində bu çoxdan gözlənilən an sonunda gəlib çatacaq. Belə ki, Apple Insider saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti yaxın zamanda təqdim olunacaq iPad 18 əməliyyat sisteminə sonunda kalkulyator tətbiqini əlavə edəcək.
         Qeyd etmək lazımdır ki, iPad planşetləri üçün çoxlu sayda kalkulyator versiyası istifadəyə verilib. Lakin söhbət, kənar tətbiqlərdən gedir. iPad planşetləri indiyənə kimi heç zaman özlərinin doğma kalkulyator tətbiqinə sahib olmayıblar. iPad planşetlərində Apple tərəfindən hazırlanmış kalkulyator tətbiqinin olmaması hətta zamanla internet memə də çevrildi. Lakin bütün bu illər ərzində şirkət nəyə görə iPad planşetləri üçün kalkulyator tətbiqini hazırlamamasının tutarlı səbəbini açıqlamayıb. Qeyd etmək lazımdır ki, iOS üçün olan kalkulyator tətbiqinin orijinal versiyası Steve Jobs tərəfindən hazırlanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple şirkəti Vision Pro-nun istehsalat həcmini azaldıb
    apple-sirketi-vision-pro-nun-istehsalat-hecmini-azaldib
    Apple Vision Pro-nun satışları demək olar dayanıb
    apple-vision-pro-nun-satislari-demek-olar-dayanib
    Apple yeni iPad planşetlərinin təqdimatlarını anons edib
    apple-yeni-ipad-plansetlerinin-teqdimatlarini-anons-edib
    Apple süni zəka sahəsində fəaliyyət göstərən Datakalab adlı startapı alıb
    apple-suni-zeka-sahesinde-fealiyyet-gosteren-datakalab-adli-startapi-alib
    Apple, FİFA ilə milyard dollarlıq müqavilə imzalamaq üzrədir!
    apple-fifa-ile-milyard-dollarliq-muqavile-imzalamaq-uzredir