main-post-cover

    Apple şirkəti Vision Pro-nun istehsalat həcmini azaldıb

    Cihazlar+
    25.04.2024
    Brilyant Rasulova
         Dünən xəbər ortaya çıxdı ki, Apple şirkətinin qarışıq reallıq cihazı olan Vision Pro-nun ABŞ-dakı satışları demək olar dayanmış vəziyyətdədir. Xəbərdə qeyd edilmişdi ki, şirkətin ABŞ-dakı bəzi mağazalarında həftə ərzində yalnız bir neçə ədəd Vision Pro satılır. Bu, insanların Apple Vision Pro-ya maraqlarının aşağı düşməsindən və bu cihaz ətrafında yaranmış böyük səs-küyün əvvəlki səviyyədə olmamasından xəbər verir. İndi isə məşhur analitik Ming-Chi Kuo xəbər verib ki, Apple şirkəti Vision Pro-nun istehsal həcmi ilə bağlı planlarında dəyişiklik edib.
         Belə ki, şirkət daha öncə 700 000-800 000 ədəd Vision Pro istehsal etməyi planlaşdırırdısa, indi 400 000-450 000 ədəd cihaz istehsal etməyi planlaşdırır. Bununla yanaşı analitik qeyd edib ki, şirkət növbəti qarışıq reallıq cihazının satışa çıxarılması qrafikində də dəyişikliklər edə bilər. Ming-Chi Kuo bir neçə ay bundan öncə bildirmişdi ki, Apple özünün qarışıq reallıq cihazını digər ölkələrdə WWDC 2024 konfransından öncə satışa çıxartmağı planlaşdırır. Nəticədə isə şirkətin Vision Pro istehsalat həcmi barəsində proqnozu gözlənildiyindən daha tez ixtisar olundu.
         Məlumata əsasən Vision Pro-ya tələbat şirkətin gözlədiyindən daha aşağı səviyyədə olub. Bu səbəbdən də şirkət digər ölkələr üçün Vision Pro-nun istehsalat həcmi planına yenidən nəzər yetirməli olacaq. Analitik bildirib ki, Apple Vision Pro-nun istehsalat həcminin azalacağını yalnız gələn il üçün gözləyirdi. Analitikin fikrincə bu öz növbəsində şirkətin Vision Pro-nun daha büdcəli versiyasının satışa çıxarılması planlarına təsir göstərəcək. Onun yeni proqnozuna əsasən Apple şirkətinin növbəti qarışıq reallıq cihazını 2027-ci ildən tez gözləmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro-nun satışları demək olar dayanıb
    apple-vision-pro-nun-satislari-demek-olar-dayanib
    Apple yeni iPad planşetlərinin təqdimatlarını anons edib
    apple-yeni-ipad-plansetlerinin-teqdimatlarini-anons-edib
    Apple süni zəka sahəsində fəaliyyət göstərən Datakalab adlı startapı alıb
    apple-suni-zeka-sahesinde-fealiyyet-gosteren-datakalab-adli-startapi-alib
    Apple, FİFA ilə milyard dollarlıq müqavilə imzalamaq üzrədir!
    apple-fifa-ile-milyard-dollarliq-muqavile-imzalamaq-uzredir
    Apple Store-un müştərilərin rahatlığı üçün təqdim etdiyi xüsusiyyətini fırıldaqçıların oğurluq məqsədi ilə istifadə etdikləri ortaya çıxıb!
    apple-store-un-musterilerin-rahatligi-ucun-teqdim-etdiyi-xususiyyetini-firildaqcilarin-ogurluq-meqsedi-ile-istifade-etdikleri-ortaya-cixib