main-post-cover

    Apple Store-un müştərilərin rahatlığı üçün təqdim etdiyi xüsusiyyətini fırıldaqçıların oğurluq məqsədi ilə istifadə etdikləri ortaya çıxıb!

    Təhlükəsizlik
    22.04.2024
    Aslan Aslanov

         Apple-ın onlayn satış mağazası olan “Apple Store”un kibercinayətkarların hədəfinə çevrildiyi müəyyən edilib. Kibercinayətkarlar oğurladıqları kredit kartları ilə Apple Store-da alış-veriş edirlərmiş.

         Kibertəhlükəsizlik mütəxəssisləri kibercinayətkarların "Apple Store" mağazasını hədəfə aldıqlarını aşkar ediblər. Cənubi Koreya və Yaponiyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, Apple-ın onlayn satış mağazasında “başqası təhvil alacaq” seçimi fırıldaqçıların əlinə keçib. Apple-ın onlayn mağazasındakı "başqası təhvil alacaq" seçimi sizə sifariş verməyə və başqasının onu fiziki olaraq götürməsinə imkan verir. Bu xüsusiyyət fişinq hücumları həyata keçirən kibercinayətkarların işini bir xeyli asanlaşdırıb. Belə ki, kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, kibercinayətkarlar ələ keçirdikləri kredit kartı məlumatlarından istifadə edərək Apple-ın rəsmi satış saytında kredit kartı sahibləri adından bir çox məhsul sifariş edib və daha sonra “başqası təhvil alacaq” seçimindən istifadə edərək onları mağazalardan özləri götürüblər. Mütəxəssislər Cənubi Koreya və Yaponiyada fişinq hücumları sayəsində 400 min dollardan çox pulun oğurlandığını bildiriblər.
         Bütün bunlar baş verərkən Apple-ın buna qarşı nə etdiyini soruşa bilərsiniz. Belə ki, kibertəhlükəsizlik mütəxəssislərinin araşdırmasına görə, Apple müvafiq ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyib. Bu səbəbdən Apple tərəfindən cihazları sıradan çıxarmaq kimi addımlar atıla bilməzdi. Bununla belə, Apple-ın haqlı olduğu bir vəziyyət də var. Araşdırmalarda daha çox Çinli kibercinayətkarların bu üsula üstünlük verdiyi müəyyən edilib. Yəni Cənubi Koreya, Yaponiya kimi ölkələrdə başladılan araşdırmaların Çində həll olunma ehtimalı kifayət qədər aşağı idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti Apple Mac mini kompüteri M3 prosessorlarını əldə etməyəcək
    novbeti-apple-mac-mini-komputeri-m3-prosessorlarini-elde-etmeyecek
    iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar
    iphone-17-pro-smartfonlari-2-nanometrlik-prosessora-sahib-ilk-smartfonlar-olacaqlar
    Apple özünün böyük dil modeli üzərində çalışır
    apple-ozunun-boyuk-dil-modeli-uzerinde-calisir
    Böyük ekranlı yeni iPad Air-in ekran texnologiyası məlum olub
    boyuk-ekranli-yeni-ipad-air-in-ekran-texnologiyasi-melum-olub
    iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
    iphone-17-plus-in-ekrani-iphone-15-plus-in-ekranindan-daha-kkicik-ola-biler