main-post-cover

    Apple Vision Pro-nun satışları demək olar dayanıb

    Cihazlar+
    24.04.2024
    Brilyant Rasulova
         Apple şirkətinin ilk qarışıq reallıq ( AR + VR / Mixed Reality) cihazı olan Vision Pro-nun rəsmi satışlarına iki ay bundan öncə start verilmişdi. Vision Pro satışlarının startı yeni cihazı ilk gündə test etmək istəyən çoxlu sayda insanla müşaiyət edilmişdi. Qarışıq reallıq cihazının ilk partiyası isə dəqiqələr ərzində satılmışdı. Vision Pro satışlarının startından elə də uzun bir müddət keçməyib. Verilmiş məlumata əsasən Apple şirkətinin rəsmi mağazalarında bu cihazın satışları demək olar dayanıb. Bloomberg saytı bildirib ki, Apple şirkətinin bəzi mağazalarında həftə ərzində yalnız bir neçə ədəd Vision Pro satılır.
         İlin əvvəlində olmuş ön sifarişlər zamanı şirkətin 180 000 ədəd Vision Pro satmasından sonra bu cihaz ətrafındakı səs-küy azalıb. Məlumatda qeyd edilib ki, həmin vaxtdan Vision Pro imkanlarının mağazalarda sərgilənməsi prosesinə tələbat da azalıb. Cihazın testinə öncədən yazılmış şəxslər isə təyin edilmiş tarixdə ümumiyyətlə gəlmirlər. Halbuki Apple məhsullarının pərəstişkarları hələ bir neçə müddət bundan öncəyə kimi şirkətin Nyu-Yorkdakı mağazalarında Vision Pro-nu sınaqdan keçirmək üçün uzun sıralarda gözləyirdilər.
         İndi isə hətta Vision Pro-nu əldə etmiş şəxslər belə onu digər Apple cihazları kimi aktiv şəkildə istifadə etmirlər. Daha öncəki proqnozlarda qeyd edilirdi ki, istehlakçılar tərəfindən Apple Vision Pro-ya marağın və səs-küyün azalacağından sonra cihaz bir neçə il ərzində kiçik istifadəçi kütləsinə sahib cihaz kimi qalacaq və bu vəziyyət onun daha sadələşdirilmiş versiyasının təqdimatı ilə düzələ bilər. Görünür, bu proqnozlar nəticədə həqiqəti əks etdirirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple yeni iPad planşetlərinin təqdimatlarını anons edib
    apple-yeni-ipad-plansetlerinin-teqdimatlarini-anons-edib
    Apple süni zəka sahəsində fəaliyyət göstərən Datakalab adlı startapı alıb
    apple-suni-zeka-sahesinde-fealiyyet-gosteren-datakalab-adli-startapi-alib
    Apple, FİFA ilə milyard dollarlıq müqavilə imzalamaq üzrədir!
    apple-fifa-ile-milyard-dollarliq-muqavile-imzalamaq-uzredir
    Apple Store-un müştərilərin rahatlığı üçün təqdim etdiyi xüsusiyyətini fırıldaqçıların oğurluq məqsədi ilə istifadə etdikləri ortaya çıxıb!
    apple-store-un-musterilerin-rahatligi-ucun-teqdim-etdiyi-xususiyyetini-firildaqcilarin-ogurluq-meqsedi-ile-istifade-etdikleri-ortaya-cixib
    Növbəti Apple Mac mini kompüteri M3 prosessorlarını əldə etməyəcək
    novbeti-apple-mac-mini-komputeri-m3-prosessorlarini-elde-etmeyecek