main-post-cover

    Samsung Galaxy S24 FE-nin hazırlandığı təsdiqlənib

    Cihazlar+
    26.04.2024
    Farid Pardashunas
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti aktiv şəkildə Galaxy S24 FE smartfonu üzərində çalışır. İndi isə bu məlumat Britaniyanın EE adlı mobil operatoru tərəfindən təsdiqlənib. Belə ki, Galaxy S24 FE SM-721U model nömrəsi ilə birgə sözügedən mobil operatorun məlumatlar bazasında ortaya çıxıb. Təəssüflər olsun ki, məlumatlar bazasında smartfonun texniki göstəriciləri barəsində məlumat əks olunmayıb.
         Lakin onun EE-nin məlumatlar bazasında ortaya çıxması Samsung-un həqiqətən də bu smartfonu hazırladığını təsdiqləyir. Son məlumat sızıntılarına əsasən Galaxy S24 FE smartfonu 6.1 və ya 6.7 düym ölçülü ekranı və 4500 mAh enerji tutumlu batareyanı əldə edəcək. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı aydın deyil. Lakin çox güman ki, bu, Exynos prosessoru olacaq. Keçən il təqdim edilmiş Galaxy S23 FE də Exynos prosessoru vasitəsilə çalışır. Galaxy S24 FE-nin təqdimatına gəldikdə isə o, yay fəslində və ya ilin sonuna yaxın təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının konkret təqdimat tarixləri açıqlanıb
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-smartfonlarinin-konkret-teqdimat-tarixleri-aciqlanib
    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının vacib özəlliyi məlum olub
    samsung-galaxy-buds-3-pro-naqilsiz-qulaqliginin-vacib-ozelliyi-melum-olub
    Samsung qatlana bilən Galaxy Z Fold 6 FE smartfonu üzərində çalışmış ola bilər
    samsung-qatlana-bilen-galaxy-z-fold-6-fe-smartfonu-uzerinde-calismis-ola-biler
    Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
    samsung-galaxy-s24-smartfonlarinin-hazirlanmasinda-tonlarla-tekrar-emal-edilmis-materiallardan-istifade-edilib
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6-nın hansı gövdə rənglərinə və daxili yaddaş həcmlərinə sahib olacaqları məlum olub
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-nin-hansi-govde-renglerine-ve-daxili-yaddas-hecmlerine-sahib-olacaqlari-melum-olub