main-post-cover

    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının konkret təqdimat tarixləri açıqlanıb

    Cihazlar+
    26.04.2024
    Farid Pardashunas
         Biz artıq dəfələrlə xəbər vermişik ki, Samsung şirkəti yay fəslində növbəti təqdimat tədbirini keçirməlidir. Söhbət, Galaxy Unpacked tədbirindən gedir. İndi isə Sammobile saytı Samsung-un növbəti Galaxy Unpacked tədbirinin keçiriləcəyi konkret tarixi açıqlayıb. Beləliklə verilmiş məlumata əsasən növbəti Galaxy Unpacked tədbiri 10 iyul tarixində baş tutacaq. Mıəlumatda qeyd edilib ki, sözügüdən təqdimat tədbiri Parisdə keçiriləcək. Qeyd etmək lazımdır ki, keçiriləcək növbəti Galaxy Unpacked tədbiri çərçivəsində Samsung şirkəti öz yeni qatlana bilən smartfonlarını təqdim edəcək.
         Söhbət, Galaxy Z Fold 6Z Flip 6 smartfonlarından gedir. Bununla yanaşı tədbirdə Galaxy Z Fold 6-nın daha üst versiyası olacağı gözlənilən Galaxy Z Fold 6 Ultra-nın da təqdim ediləcəyi istisna deyil. Bununla yanaşı tədbirdə Samsung öz ilk smart üzüyü olan Galaxy Ring-in tam təqdimatını keçirə bilər. Belə ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy Ring-in təqdimatı bu ilin ikinci yarısında gözlənilir. Əlavə olaraq şirkət növbəti Galaxy Unpacked zamanı Galaxy Watch 7 smart saat seriyasını və Galaxy Buds 3 ilə Galaxy Buds 3 Pro naqilsiz qulaqlıqlarını da təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının vacib özəlliyi məlum olub
    samsung-galaxy-buds-3-pro-naqilsiz-qulaqliginin-vacib-ozelliyi-melum-olub
    Samsung qatlana bilən Galaxy Z Fold 6 FE smartfonu üzərində çalışmış ola bilər
    samsung-qatlana-bilen-galaxy-z-fold-6-fe-smartfonu-uzerinde-calismis-ola-biler
    Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
    samsung-galaxy-s24-smartfonlarinin-hazirlanmasinda-tonlarla-tekrar-emal-edilmis-materiallardan-istifade-edilib
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6-nın hansı gövdə rənglərinə və daxili yaddaş həcmlərinə sahib olacaqları məlum olub
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-nin-hansi-govde-renglerine-ve-daxili-yaddas-hecmlerine-sahib-olacaqlari-melum-olub
    Samsung Galaxy Smart Ring üzüyü 9 müxtəlif ölçüyə sahib olacaq
    samsung-galaxy-smart-ring-uzuyu-9-muxtelif-olcuye-sahib-olacaq