main-post-cover

    Samsung qatlana bilən Galaxy Z Fold 6 FE smartfonu üzərində çalışmış ola bilər

    Cihazlar+
    25.04.2024
    Brilyant Rasulova
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung bu il qatlana bilən Galaxy Z Fold 6 ilə yanaşı onun Ultra versiyasını da təqdim edə bilər. Ortaya çıxmış yeni məlumata əsasən isə Galaxy Z Fold 6-nın həmçinin FE versiyası da ola bilər. Belə ki, Samsung-un SM-F741U indeksli adı bilinməyən smartfonu Geekbench testlərindən keçib. Hələ təsdiq olunmamış məlumata əsasən söhbət, məhz Galaxy Z Fold 6 FE smartfonundan gedir.
         Əgər bu həqiqətən də belədirsə, deməli sözügedən smartfon Snapdragon 8 Gen 2 for Galaxy prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB-a kimi RAM-ı birləşdirəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1749 xal, çox nüvəli testi çərçivəsində isə 4486 xal toplayıb. Geekbench testlərindən həqiqətən də Galaxy Z Fold 6 FE-nin keçib-keçmədiyi zamanla bilinəcək. Qeyd etmək lazımdır ki, adi Galaxy Z Fold 6-nın yay fəslində Galaxy Z Flip 6 ilə birgə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
    samsung-galaxy-s24-smartfonlarinin-hazirlanmasinda-tonlarla-tekrar-emal-edilmis-materiallardan-istifade-edilib
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6-nın hansı gövdə rənglərinə və daxili yaddaş həcmlərinə sahib olacaqları məlum olub
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-nin-hansi-govde-renglerine-ve-daxili-yaddas-hecmlerine-sahib-olacaqlari-melum-olub
    Samsung Galaxy Smart Ring üzüyü 9 müxtəlif ölçüyə sahib olacaq
    samsung-galaxy-smart-ring-uzuyu-9-muxtelif-olcuye-sahib-olacaq
    Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    galaxy-c-seriyasi-geri-qayitdi-samsung-galaxy-c55-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy C55 5G smartfonunun real fotoları ortaya çıxıb
    samsung-galaxy-c55-5g-smartfonunun-real-fotolari-ortaya-cixib