main-post-cover

    Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.04.2024
    Brilyant Rasulova
         Samsung şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirmədən Çində Galaxy C55 5G smartfonunu satışa çıxarıb. Adətən Galaxy C seriyası çərçivəsində büdcəli smartfonlar təqdim edilirdi. Lakin Galaxy C55 5G hətta Galaxy A seriyasının bəzi modellərini də kölgədə qoya bilər. Galaxy C seriyasının bu yeni smartfonu yüksək təsvir yenilənməsinə sahib böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. İlk növbədə qeyd etmək lazımdır ki, smartfonun arxa paneli maraqlı dizayna sahibdir. Samsung arxa panelin hansı materialdan hazırlanmış örtüyə sahib olduğunu açıqlamayıb.
         Buna görə də bu ya süni dəri ya da plastik material ola bilər. Smartfonun ümumi xarici görünüşü Samsung-un bu ilki bütün smartfonlarını xatırladır. Galaxy C55 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.7 düym Super AMOLED+ ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Galaxy C55 5G Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy C55 5G artıq Çində satışa çıxıb. Onun 8 GB RAM-a sahib versiyası 275$-a, 12 GB RAM-a sahib versiyası isə 319$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy C55 5G smartfonunun real fotoları ortaya çıxıb
    samsung-galaxy-c55-5g-smartfonunun-real-fotolari-ortaya-cixib
    Samsung Galaxy S25 və S25+ smartfonlarında Samsung ISOCELL kameraları istifadə edilməyəcək
    samsung-galaxy-s25-ve-s25-smartfonlarinda-samsung-isocell-kameralari-istifade-edilmeyecek
    Samsung Galaxy S24 FE daha böyük ölçülü ekranı əldə edə bilər
    samsung-galaxy-s24-fe-daha-boyuk-olculu-ekrani-elde-ede-biler
    Geekbench sayəsində Samsung Galaxy Z Flip 6 barəsində yeni təfərrüatlar məlum olub
    geekbench-sayesinde-samsung-galaxy-z-flip-6-baresinde-yeni-teferruatlar-melum-olub
    Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
    exynos-2500-prosessoru-snapdragon-8-gen-4-den-daha-az-enerji-serfiyyatina-sahib-olacaq