main-post-cover

    Apple Pencil Pro stilusu təqdim edilib

    Cihazlar+
    08.05.2024
    Brilyant Rasulova
         Apple şirkəti dünən yeni iPad Pro iPad Air planşetləri ilə yanaşı həmçinin Apple Pencil Pro stilusunu da təqdim etdi. Bu yeni stilus 3-cü nəsil Apple Pencil hesab edilir və o, daha əvvəlki Apple Pencil modelləri ilə müqayisədə daha çox funksiyaya sahibdir. Beləliklə Apple Pencil Pro stilusu taktil geri dönüş özəlliyini və müxtəlif virtual elementlər (alətlər, xətt qalınlığı, rənglərin seçimi) arasında keçid üçün nəzərdə tutulmuş yeni sıxma jestini əldə edib.
         Bundan əlavə olaraq stilusda olan hiroskop virtual qələm və ya fırçanın daha dəqiq idarəsi üçün stilusun fırladılması imkanını verir. Daha öncəki məlumat sızıntılarında da qeyd edildiyi kimi yeni Apple Pencil ilk dəfə olaraq Find My funksiyasını əldə edib. Bu funksiya stilusun itdiyi zaman onun axtarılıb tapılması üçün nəzərdə tutulub. Məlumata əsasən Apple Pencil Pro stilusu yalnız yenicə təqdim edilmiş iPad Pro və iPad Air planşetləri ilə çalışa bilir. Yeni stilus köhnə iPad modellərinin dəstəklərini əldə etməyib. Apple Pencil Pro-nun qiyməti 130$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple M4 prosessoru təqdim edilib
    apple-m4-prosessoru-teqdim-edilib
    Köhnə dizaynda yeni prosessor: iPad Air 2024 təqdim edilib - QİYMƏTİ
    kohne-dizaynda-yeni-prosessor-ipad-air-2024-teqdim-edilib-qiymeti
    Apple, bu gün iPhone qiymətlərinə artım edəcək!?
    apple-bu-gun-iphone-qiymetlerine-artim-edecek
    Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
    apple-photos-a-gelecek-suni-intellekt-xususiyyeti-ortaya-cixib
    Apple şirkətinin ilk qatlana bilən cihazı artıq gələn il işıq üzü görə bilər
    apple-sirketinin-ilk-qatlana-bilen-cihazi-artiq-gelen-il-isiq-uzu-gore-biler