main-post-cover

    Apple M4 prosessoru təqdim edilib

    Elm & Texnologiya
    08.05.2024
    Brilyant Rasulova
         Dünən Apple şirkəti yeni iPad Pro planşetini təqdim edən zaman heç gözlənilmədən məlum oldu ki, sözügedən planşet Apple M4 prosessoru vasitəsilə çalışır. Təqdimatdan daha öncə də iPad Pro 2024 planşetinin M3 prosessorundan yan keçərək birbaşa M4 prosessorunu əldə edəcəyi barəsində məlumatlar ortaya çıxmışdı. Dünən isə bu məlumatlar rəsmi şəkildə təsdiqləndi. Beləliklə Apple iPad Pro 2024 tərkibində M4 prosessorunu təqdim etdi. Rəsmi məlumata əsasən sözügedən yeni prosessor 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 10 nüvəlidir. 10 nüvədən 4-ü yüksək performanslı nüvə, 6-sı isə enerji effektivliyi nüvəsidir. M4 prosessorunun həmçinin 9 nüvəli versiyası da mövcuddur.
         Prosessorun 9 nüvəli versiyası iPad Pro-nun 256/512 GB daxili yaddaş həcminə sahib modeli üçün, 10 nüvəli versiyası isə 1/2 TB daxili yaddaş həcminə sahib modeli üçün nəzərdə tutulub. Apple şirkətinin sözlərinə əsasən daha öncəki iPad Pro-da olan M2 ilə müqayisədə M4 prosessoru 50% daha yüksək performansı təmin edir. Bununla yanaşı yeni prosessorun render performansı da 4 dəfə daha yüksəkdir. Apple M4 həmçinin özündə neyron mühərrikini birləşdirir. Bu isə süni zəka yüklənmələrini daha da sürətləndirir. Apple bildirib ki, M4-də istifadə edilən neyron mühərriki ən güclü neyron mühərrikidir. Belə ki, o, 1 saniyə ərzində 38 trilyon əməliyyatı yerinə yetirə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Köhnə dizaynda yeni prosessor: iPad Air 2024 təqdim edilib - QİYMƏTİ
    kohne-dizaynda-yeni-prosessor-ipad-air-2024-teqdim-edilib-qiymeti
    Apple, bu gün iPhone qiymətlərinə artım edəcək!?
    apple-bu-gun-iphone-qiymetlerine-artim-edecek
    Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
    apple-photos-a-gelecek-suni-intellekt-xususiyyeti-ortaya-cixib
    Apple şirkətinin ilk qatlana bilən cihazı artıq gələn il işıq üzü görə bilər
    apple-sirketinin-ilk-qatlana-bilen-cihazi-artiq-gelen-il-isiq-uzu-gore-biler
    iPhone 17-də dizayn dəyişir: Plus əvəzinə Slim modeli olacaq!
    iphone-17-de-dizayn-deyisir-plus-evezine-slim-modeli-olacaq