main-post-cover

    Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!

    Proqram Təminatı
    07.05.2024
    Chinara Pardashunas

         Apple tətbiqləri iOS 18 yeniləməsi ilə yenilənəcək. Bildirilir ki, “Apple Photos” tətbiqinin yeni versiyası generativ süni intellektdən istifadə etməklə Photoshop səviyyəli redaktə funksiyaları təqdim edəcək.

         Apple-ın öz saytında Let Loose tədbiri üçün hazırladığı yeni loqo əslində interaktiv xüsusiyyətə sahibdir. Siz barmaq hərəkəti və ya siçanın kursoru ilə loqonun bir hissəsini və ya hamısını silə bilərsiniz və siz onu sildikcə loqo yenilənir. Əvvəlcə bunun Apple Pencil-a işarə etdiyinə inanılsa da, bu, Apple-ın Photos tətbiqinə gətirməyi planlaşdırdığı qabaqcıl redaktə funksiyasının əlaməti ola bilər.
         macOS 15-in buraxılış öncəki versiyasındakı Photos tətbiqində, mövcud filtrlər, düzəlişlər və kəsmə seçimlərindən başqa “Clean up” adlı yeni xüsusiyyət tapıldı. Görünən odur ki, bu xüsusiyyət, "Apple Retouch" alətini əvəz edir. Bununla belə, "Retouch" alətindən fərqli olaraq, “Clean up” xüsusiyyəti qabaqcıl redaktə imkanları ilə fotoşəkildə daha böyük obyektləri məhv etmək seçimini təklif edəcək. “Clean up” xüsusiyyəti ilə istifadəçilər fırça alətindən istifadə edərək şəklin sahəsini seçə və fotodan arzuolunmaz obyektləri silə biləcəklər. Fırça ölçüsü daha kiçik və ya daha böyük obyektlərin qaldırılmasını asanlaşdırmaq üçün tənzimlənə bilən olacaq.
         Apple-ın Photos tətbiqində istənməyən obyektlərin məhv edilməsini asanlaşdıracaq yeni xüsusiyyətin iOS 18 yeniləməsi ilə təqdim ediləcəyi və ya yeni iPad modellərinin bazara çıxarılması üçün istifadə ediləcəyi bəlli deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple şirkətinin ilk qatlana bilən cihazı artıq gələn il işıq üzü görə bilər
    apple-sirketinin-ilk-qatlana-bilen-cihazi-artiq-gelen-il-isiq-uzu-gore-biler
    iPhone 17-də dizayn dəyişir: Plus əvəzinə Slim modeli olacaq!
    iphone-17-de-dizayn-deyisir-plus-evezine-slim-modeli-olacaq
    Face ID texnologiyası hansı nəsil iPhone-lardan başlayaraq ekranın alt hissəsinə yerləşdiriləcək?
    face-id-texnologiyasi-hansi-nesil-iphone-lardan-baslayaraq-ekranin-alt-hissesine-yerlesdirilecek
    Samsung, bəzi iPhone-ların zəngli saatı işləmədiyi üçün Apple-i ələ salmağa başlayıb!
    samsung-bezi-iphone-larin-zengli-saati-islemediyi-ucun-apple-i-ele-salmaga-baslayib
    Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb
    microsoft-un-suni-zeka-sahesinde-google-sirketini-geride-qoymaq-seyleri-baresinde-kecmis-mektublar-ortaya-cixib