main-post-cover

    Face ID texnologiyası hansı nəsil iPhone-lardan başlayaraq ekranın alt hissəsinə yerləşdiriləcək?

    Cihazlar+
    06.05.2024
    Brilyant Rasulova
         Hal-hazırda aktual olan iPhone smartfonlarında Face ID texnologiyası smartfonların ekranları üzərində olan çıxıntı hissəyə inteqrasiya edilir. Lakin son 1-2 ildə ortaya çıxmış məlumata əsasən Apple gələcəkdə sözügedən texnologiyanı iPhone-larda ekranın alt hissəsinə yerləşdirməyi planlaşdırır. Ross Young adlı məşhur insayder daha öncəki proqnozlarında bildirirdi ki, bu, artıq 2025-ci ildə baş verə bilər. Lakin insayder öz yeni proqnozunda bu mövzuda fərqli müddəti açıqlayıb.
         Onun sözlərinə əsasən Face ID texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsi 2026-cı ildə iPhone 18 Pro iPhone 18 Pro Max modellərində reallaşdırılacaq. Adi iPhone ilə iPhone Plus-ın isə bu cür özəlliyi ya 2027-ci ya da 2028-ci ildə əldə edəcəkləri gözlənilir. Bununla yanaşı Ross Young bildirib ki, gələn il təqdim ediləcək bütün iPhone 17 modellərinin ekranları LTPO texnologiyası əsasında hazırlanacaq. Bu isə o deməkdir ki, gələn ilki bütün iPhone 17 modellərinin ekranları batareya enerjisini qoruyub saxlamaqla daimi şəkildə aktiv qala biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung, bəzi iPhone-ların zəngli saatı işləmədiyi üçün Apple-i ələ salmağa başlayıb!
    samsung-bezi-iphone-larin-zengli-saati-islemediyi-ucun-apple-i-ele-salmaga-baslayib
    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    3-cü nəsil Apple Watch Ultra-da ciddi dəyişikliklər olmaya bilər
    3-cu-nesil-apple-watch-ultra-da-ciddi-deyisiklikler-olmaya-biler
    iOS 17.5 ilə iPhone-lara təmir xüsusiyyəti gəlir!
    ios-175-ile-iphone-lere-temir-xususiyyeti-gelir
    Bəzi iPhone-ların zəngli saat xüsusiyyəti işləməməyə başlayıb: Bəs problemi necə həll etmək olar?
    bezi-iphone-larin-zengli-saat-xususiyyeti-islememeye-baslayib-bes-problemi-nece-hell-etmek-olar