main-post-cover

    Apple WWDC 2024 konfransının keçiriləcəyi tarixləri açıqlayıb

    Əməliyyat sistemləri
    27.03.2024
    Farid Pardashunas
         Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransının keçirilmə tarixini rəsmi şəkildə elan edib. Şirkətin rəsmi anonsuna əsasən bu il WWDC konfransı 10 iyun tarixində start götürəcək və 14 iyun tarixinə kimi davam edəcək. Ənənəyə sadiq qalaraq konfransı Apple şirkətinin rəsmi saytında və YouTube kanalında izləmək mümkün olacaq. Şirkət WWDC 2024 konfransı çərçivəsində əsas diqqətini iOS 18 əməliyyat sisteminə ayıracaq. Son məlumatlara əsasən iOS 18 əməliyyat sistemi iOS 7-nin istifadəyə verildiyi gündən indiyənə kimi ən böyük yenilənməni özündə birləşdirəcək əməliyyat sistemi olacaq. Gözləntilərə əsasən Apple iOS 18-də süni zəka funksiyalarını reallaşdıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!
    qutusu-acilmamis-birinci-nesil-iphone-modeli-15-pro-max-dan-texminen-80-qat-baha-qiymete-satilib
    iPhone SE 4-ün və digər yeni Apple cihazlarının nə zaman təqdim olunacaqları məlum olub
    iphone-se-4-un-ve-diger-yeni-apple-cihazlarinin-ne-zaman-teqdim-olunacaqlari-melum-olub
    Qatlana bilən iPhone-nun neçənci ilə kimi təxirə salındığı açıqlanıb
    qatlana-bilen-iphone-nun-necenci-ile-kimi-texire-salindigi-aciqlanib
    Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır
    apple-sirketi-google-gemini-suni-zeka-modelini-iphone-lara-inteqrasiya-etmeyi-planlasdirir
    Bu il təqdim olunacaq yeni Apple Watch qan təzyiqinin ölçülməsi funksiyasını əldə edə bilər
    bu-il-teqdim-olunacaq-yeni-apple-watch-qan-tezyiqinin-olculmesi-funksiyasini-elde-ede-biler