main-post-cover

    Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır

    Əməliyyat sistemləri
    18.03.2024
    Farid Pardashunas
         Blomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti Google Gemini süni zəka modelini iPhone smartfonlarına inteqrasiya etməyi planlaşdırır. İnsayderin sözlərinə əsasən Apple bu istiqamətdə artıq Google ilə danışıqlar aparır. Əgər hər şey yolunda getsə, Google Gemini süni zəka modeli bu il istifadəyə veriləcək iOS 18 əməliyyat sistemi vasitəsilə iPhone smartfonlarının bir hissəsinə çevriləcək. Google Gemini sayəsində iPhone-larda mətn və fotoların tərtibatı ilə bağlı yeni funksiyalar istifadəyə verilə bilər.
         Məlumatda qeyd edilib ki, buna baxmayaraq Apple öz generativ süni zəka sistemindən imtina etmək niyyətində deyil. Çox güman ki, şirkət bu mövzuda fərdi həllini iOS 18-in təqdimatı zamanı sərgiləyəcək. Gözləntilərə əsasən Apple şirkətinin generativ süni zəka texnologiyası iPhone-larda lokal şəkildə çalışacaq. Google Gemini-yə gəldikdə isə onun internetdəki məlumatları emal edəcəyi gözlənilir. Məlumata əsasən Google ilə yanaşı Apple şirkəti həmçinin OpenAI ilə də danışıqlar aparır. Nəticədə ChatGPT çat-botu iPhone smartfonlarına inteqrasiya edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu il təqdim olunacaq yeni Apple Watch qan təzyiqinin ölçülməsi funksiyasını əldə edə bilər
    bu-il-teqdim-olunacaq-yeni-apple-watch-qan-tezyiqinin-olculmesi-funksiyasini-elde-ede-biler
    Apple ID-nin adının dəyişəcəyi məşhur insayder tərəfindən təsdiqlənib
    apple-id-nin-adinin-deyiseceyi-meshur-insayder-terefinden-tesdiqlenib
    Apple daha bir süni zəka startapını alıb
    apple-daha-bir-suni-zeka-startapini-alib
    Apple yaxın illərdə iPad Air-i OLED ekranlara keçirəcək
    apple-yaxin-illerde-ipad-air-i-oled-ekranlara-kecirecek
    Apple iPhone üçün Touch Bar analoqunu patentləşdirib
    apple-iphone-ucun-touch-bar-analoqunu-patentlesdirib