main-post-cover

    iPhone SE 4-ün və digər yeni Apple cihazlarının nə zaman təqdim olunacaqları məlum olub

    Cihazlar+
    19.03.2024
    Farid Pardashunas
         İnsayderlər Apple şirkətinin yaxın illərdə təqdim edəcəyi yeni cihazlarının əks olunduqları yol xəritəsini təqdim ediblər. Təqdim edilmiş yol xəritəsində növbəti iPhone SE-nin, qatlana bilən iPhone-nun və AR eynəyin nə zaman satışa çıxacaqları əks olunub. Yol xəritəsinə əsasən Apple bu il OLED ekrana sahib iPad Pro-nu təqdim edəcək. Yeni iPad Pro-nun OLED ekrana sahib olacağı və bu il təqdim olunacağı daha öncə də məlum idi. Yol xəritəsinə əsasən növbəti iPhone SE modelinin təqdimatı 2025-ci il üçün planlaşdırılır. Məlumatda qeyd edilib ki, növbəti iPhone SE modeli 6.1 düym OLED ekrana, 12 GB RAM-a, əsas kamerası 48 MP-li olacaq üçlü arxa kameraya və 48 MP-lik ön kameraya sahib olacaq.
         2026-cı ilə qatlana bilən iPhone-nun təqdimatı gözlənilir. Lakin biraz əvvəl verdiyimiz xəbərdə qeyd edilib ki, qatlana bilən iPhone-nun təqdimatı 2027-ci ilə təxirə salınıb. Buna görə də qatlana bilən iPhone-nun nə zaman təqdim olunacağı ilə bağlı konkret bir şey söyləmək mümkün deyil. Yol xəritəsində qeyd edilib ki, 2026-cı ildə həmçinin 8.4 düym 10.9 düym ölçülü ekranlara sahib iPad Air ilə iPad mini planşetləri, 14 düym16 düym ekranlara sahib yeni MacBook modelləri gözlənilir. 2027-ci ildə isə şirkət qatlana bilən iPad ilə AR eynəyini təqdim etməlidir. Təqdim edilmiş bu yol xəritəsinin nə dərəcədə doğru olduğu məlum deyil. Buna görə də ona bir qədər şübhə ilə yanaşmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən iPhone-nun neçənci ilə kimi təxirə salındığı açıqlanıb
    qatlana-bilen-iphone-nun-necenci-ile-kimi-texire-salindigi-aciqlanib
    Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır
    apple-sirketi-google-gemini-suni-zeka-modelini-iphone-lara-inteqrasiya-etmeyi-planlasdirir
    Bu il təqdim olunacaq yeni Apple Watch qan təzyiqinin ölçülməsi funksiyasını əldə edə bilər
    bu-il-teqdim-olunacaq-yeni-apple-watch-qan-tezyiqinin-olculmesi-funksiyasini-elde-ede-biler
    Apple ID-nin adının dəyişəcəyi məşhur insayder tərəfindən təsdiqlənib
    apple-id-nin-adinin-deyiseceyi-meshur-insayder-terefinden-tesdiqlenib
    Apple daha bir süni zəka startapını alıb
    apple-daha-bir-suni-zeka-startapini-alib