main-post-cover

    Apple, iOS 18 ilə tətbiqləri yeniləyir!

    Proqram Təminatı
    29.04.2024
    Chinara Pardashunas

         iOS 18-in iPhone-lar üçün ən böyük yeniləmə olacağı iddiası bir yana, iOS-un ən son versiyası haqqında yeni məlumatlar gəlməyə davam edir. Bildirilir ki, Apple, iOS 18 ilə daxili proqramları yeniləyəcək.

         Mark Gurman-ın sözlərinə görə, Apple, iOS 18 yeniləməsi ilə Notes, Photos, Mail və Fitness də daxil olmaqla, daxili proqramların əksəriyyətini yeniləyəcək. Bəs, iPhone tətbiqlərində nə dəyişəcək, gözlənilən yeniliklər nələrdir?
         iOS 18-də Siri, Spotlight, Shortcuts, Mesajlar, Apple Music, Health və digər proqramlar üçün yeni generativ süni intellekt xüsusiyyətlərinin olduğu deyilir. Bu xüsusiyyətlərin Apple-ın cihaz içi geniş dil modeli tərəfindən dəstəklənəcəyi gözlənilir. Məlumdur ki, Apple bu məsələ ilə bağlı artıq Google və OpenAI kimi şirkətlərlə danışıqlar aparır.

    Əsas ekranın fərdiləşdirilməsi

         iOS 18 ilə iPhone-ların əsas ekranı fərdiləşdirilə bilər. Tətbiq nişanları əsas ekranın istənilən yerinə yerləşdirilə bilər. Hazırda tətbiqlər arasında boşluq var və müəyyən bir sıradan kənara çıxmaq mümkün deyil.

    RCS dəstəyi

         Ən son iOS versiyasının Android istifadəçiləri ilə daha yaxşı mesajlaşma imkanı verəcəyi gözlənilir. Apple, 2024-cü ilin sonundan etibarən iPhone-dakı Mesajlar proqramının cross-platform mesajlaşma standartı RCS-ni dəstəkləyəcəyini açıqlamış və bunun iOS 18 xüsusiyyəti olacağını bildirmişdi. RCS, SMS ilə müqayisədə daha yüksək keyfiyyətli foto və videoları, səsli poçtu, yazır və görüldü məlumatlarını, WiFi mesajlaşmasını və daha çoxunu təmin etməklə iOS və Android cihazları arasında mesajlaşma təcrübəsini təkmilləşdirəcək.

    Kalkulyator tətbiqi yenilənir

         iOS 18 yeniləməsi ilə iPhone-lardakı kalkulyator da yenilənir və iPad modelləri illər sonra kalkulyator tətbiqi əldə edirlər. Yeni Kalkulyatorda son hesablamaların siyahısını əks etdirən yan panel, vahidlərin konvertasiyası, Notes tətbiqi ilə inteqrasiya və s. daxil olmaqla bir çox yeni xüsusiyyətlər olacaq. Notes tətbiqinə gəldikdə isə, iOS 18 ilə Notes proqramı daha çox növdə cəbri tənlik və düsturların əlavə edilməsi də daxil olmaqla yeni riyazi xüsusiyyətləri qazanacaq.

    Apple Maps üçün iki yeni xüsusiyyət

         Xüsusi marşrutlar Apple Maps-ə əlavə edilir. Xüsusi marşrutlar və topoqrafik xəritələr də daxil olmaqla, iOS 18-dən ən azı iki yeni Apple Maps xüsusiyyəti gözlənilir. Fərdi marşrutlar istifadəçilərə naviqasiya zamanı səyahət etmək üçün xüsusi yollar seçməyə imkan versə də, topoqrafik xəritələr gəzinti və digər məqsədlər üçün yollar və kontur xətləri kimi maraqlı detallar təqdim edəcək. Bir sözlə desək, Apple Watch-a watchOS 10 ilə gələn topoqrafik xəritələr iOS 18 ilə iPhone-lara gəlir.

    Yeni nəsil Apple CarPlay

         Yeni nəsil CarPlay də səbirsizliklə gözlənilir. Apple-ın veb saytına görə, yeni nəsil Apple CarPlay-ə malik ilk avtomobillər bu il gələcək, buna görə də platformanın iOS 18 ilə təqdim edilməsi gözlənilir. Bununla belə, gələcək nəsil CarPlay-dən istifadə etmək üçün iOS 18-ə yüksəltmək məcburi olmaya bilər, onun bəzi iOS 17 versiyaları ilə də uyğun olacağına dair şayiələr yer alır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Beats Solo Buds naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-buds-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Beats Solo 4 naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-4-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər
    yeni-ipad-pro-m3-den-daha-guclu-prosessoru-elde-ede-biler
    iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
    ios-18-de-openai-sirketinin-suni-zeka-ekosisteminde
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib