main-post-cover

    Beats Solo 4 naqilsiz qulaqlığının fotoları təqdim edilib

    Cihazlar+
    29.04.2024
    Brilyant Rasulova
         Biz artıq dəfələrlə məlumat vermişik ki, Apple şirkətinə məxsus olan Beats brendi özünün yeni naqilsiz qulaqlığını təqdim etməyə hazırlaşır. Söhbət, Beats Solo 4-dən gedir. İndi isə Android Headlines saytı sözügedən yeni naqilsiz qulaqlığın fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Beats Solo 4 xarici görünüşcə hal-hazırda aktual olan Beats Solo 3-ə bənzəyəcək. Naqilsiz qulaqlıq bazara 3 gövdə rəngində satışa çıxacaq. Matte Black, Slate Blue Cloud Pin.
         Bununla yanaşı Beats Solo 4 USB-C girişinə və 3.5 mm-lik audiogirişə sahib olacaq. Yəni 3.5 mm-lik audiogiriş sayəsində qulaqlığı smartfona və digər cihazlara naqil vasitəsilə qoşmaq mümkün olacaq. Məlumatda qeyd edilib ki, bu naqilsiz qulaqlıq 40 mm-lik audio drayverlər ilə təchiz olunacaq və özündə ətraf səs-küyün aktiv boğulması funksiyası ilə Bluetooth 5.3-ni birləşdirəcək. Gözləntilərə əsasən Apple Beats Solo 4-ə həmçinin sürətli şarj texnologiyasının dəstəyini əlavə edəcək. Beats Solo 4-ün yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər
    yeni-ipad-pro-m3-den-daha-guclu-prosessoru-elde-ede-biler
    iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
    ios-18-de-openai-sirketinin-suni-zeka-ekosisteminde
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Apple, istehsal etdiyi məhsullarında "qanlı mineral" istifadə etdiyinə görə ittiham olunur!
    apple-istehsal-etdiyi-mehsullarda-qanli-mineral-istifade-etdiyine-gore-ittiham-olunur
    İstifadəçilərin yeni modelə keçməməsi səbəbilə aktivləşdirilən iPhone modellərinin sayı günü-gündən azalır!
    istifadecilerin-yeni-modele-kecmemesi-sebebile-aktivlesdirilen-iphone-modellerinin-sayi-gunu-gunden-azalir