main-post-cover

    Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər

    Cihazlar+
    29.04.2024
    Brilyant Rasulova
         Apple şirkəti yeni iPad planşetlərinin nə zaman təqdim olunacaqlarını artıq rəsmi şəkildə açıqlayıb. Yeni iPad-lar 7 may tarixində təqdim olunacaqlar. Təqdimat çərçivəsində şirkət yeni iPad Pro iPad Air modellərini təqdim etməlidir. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, yeni iPad Pro modeli iki ölçüdə (11 və 13 düym) OLED ekranı və Apple M3 prosessorunu əldə edəcək. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman heç gözlənilmədən bildirib ki, yeni iPad Pro modeli M3 prosessorundan yan keçərək birbaşa M4 prosessorunu əldə edə bilər.
         İnsayderin sözlərinə əsasən M4-ün əsas fərqləndirici yeniliyi yenilənmiş Neural Engine çipinə sahib olmasıdır. Məlumata əsasən bunun sayəsində prosessor süni zəka əməliyyatlarının yerinə yetirilməsində daha yüksək performansı sərgiləyəcək. Bununla yanaşı insayder güman edir ki, Apple yeni iPad Pro-nu süni zəka əsasında çalışan cihaz kimi qələmə verəcək. Lakin şirkətin hal-hazırda hansı süni zəka funksiyasını sərgiləyə biləcəyi tam aydın deyil. Belə ki, süni zəka üçün nəzərdə tutulmuş proqram təminatının əsas hissəsi iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində təqdim olunacaq iOS 18 üçün planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
    ios-18-de-openai-sirketinin-suni-zeka-ekosisteminde
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Apple, istehsal etdiyi məhsullarında "qanlı mineral" istifadə etdiyinə görə ittiham olunur!
    apple-istehsal-etdiyi-mehsullarda-qanli-mineral-istifade-etdiyine-gore-ittiham-olunur
    İstifadəçilərin yeni modelə keçməməsi səbəbilə aktivləşdirilən iPhone modellərinin sayı günü-gündən azalır!
    istifadecilerin-yeni-modele-kecmemesi-sebebile-aktivlesdirilen-iphone-modellerinin-sayi-gunu-gunden-azalir
    Apple, iPhone-larda işləyə bilən yeni süni intellekt modelini təqdim edib!
    apple-iphone-larda-isleye-bilen-yeni-suni-intellekt-modelini-teqdim-edib