main-post-cover

    Beats Solo Buds naqilsiz qulaqlığının fotoları təqdim edilib

    Cihazlar+
    29.04.2024
    Brilyant Rasulova
         Android Headlines saytı Beats brendinin təqdimata hazırlaşan Solo 4 naqilsiz qulaqlığı ilə yanaşı həmçinin Beats Solo Buds naqilsiz qulaqlığının da fotolarını təqdim edib. Məlumata əsasən Solo Buds modeli Beats brendinin büdcəli naqilsiz qulaqlığı olacaq. Sözügedən qulaqlığın şarj keysinin USB-C girişinə sahib olacağı və qulaqlıqların özlərinin telefon zəngləri zamanı ətraf səs-küyün boğulması funksiyasına sahib mikrofonları əldə edəcəkləri gözlənilir. Bununla yanaşı Beats Solo Buds-ın Apple Find My Google Find My Device sistemlərini dəstəkləyəcəyi güman edilir. Məlumata əsasən Beats brendinin bu yeni büdcəli naqilsiz qulaqlıları bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışa biləcəklər. Beats Solo Buds-ın yaxın zamanda Beats Solo 4 ilə birgə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Beats Solo 4 naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-4-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər
    yeni-ipad-pro-m3-den-daha-guclu-prosessoru-elde-ede-biler
    iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
    ios-18-de-openai-sirketinin-suni-zeka-ekosisteminde
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Apple, istehsal etdiyi məhsullarında "qanlı mineral" istifadə etdiyinə görə ittiham olunur!
    apple-istehsal-etdiyi-mehsullarda-qanli-mineral-istifade-etdiyine-gore-ittiham-olunur