main-post-cover

    Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək

    Proqram Təminatı
    17.04.2024
    Farid Pardashunas
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti Android 15NFC üzərindən şarj funksiyasını əlavə etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, naqilsiz şarj texnologiyası artıq uzun zamandır ki, iPhone-larda və Android smartfonlarda istifadə edilir. Bununla belə Google şirkəti Android 15-ə NFC Wireless Charging (WLC) standartının əlavə edilməsi üzərində çalışır. Bu cür imkan öz növbəsində kiçik cihazların şarj prosesləri üçün əlverişli olacaq.
         Belə ki, Qi adlı naqilsiz şarj texnologiyası standartı kiçik cihazları dəstəkləmir. Qi naqilsiz şarj texnologiyası standartından fərqli olaraq WLC daha kiçik antenlərlə çalışır. WLC antenlərinin ölçüləri 1 sm-dən daha kiçik ola və əyilə bilən elastiki çap platasına quraşdırıla bilər. Buna görə də WLC antenləri qulaqlıqlar, stilus, smart saatlar və smart qolbaqlar kimi kiçik ölçülü cihazlara quraşdırıla bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google süni zəka inkişafına 100 milyard dollar yatıracaq
    google-suni-zeka-inkisafina-100-milyard-dollar-yatiracaq
    Google şirkətinin növbəti qatlana bilən smartfonu Pixel 9 seriyasına daxil olacaq
    google-sirketinin-novbeti-qatlana-bilen-smartfonu-pixel-9-seriyasina-daxil-olacaq
    Google Pixel 8a-nın sahib olacağı bütün gövdə rənglərində fotoları təqdim edilib
    google-pixel-8a-nin-sahib-olacagi-butun-govde-renglerinde-fotolari-teqdim-edilib
    Google Pixel 8a-nın yeni real fotoları ortaya çıxıb
    google-pixel-8a-nin-yeni-real-fotolari-ortaya-cixib
    Google Pixel 8a şirkətin reklamında ortaya çıxıb (VİDEO)
    google-pixel-8a-sirketin-reklaminda-ortaya-cixib-video