main-post-cover

    Google Pixel 8a-nın sahib olacağı bütün gövdə rənglərində fotoları təqdim edilib

    Cihazlar+
    15.04.2024
    Brilyant Rasulova
         Google şirkəti gələn ay tərtibatçılar üçün nəzərdə tutulmuş Google I/O 2024 konfransını keçirəcək. Konfransda əsas diqqət Android 15-ə istiqamətlənsə də, konfrans çərçivəsində Pixel 8a smartfonunun təqdim olunacağı gözlənilir. Bu smartfonun daha öncə artıq çoxlu sayda fotoları ortaya çıxıb. İndi isə Android Headlines saytı Pixel 8a-nın sahib olacağı bütün gövdə rənglərində əks olunduğu fotoları sərgiləyib. Beləliklə sərgilənmiş fotolara əsasən Pixel 8a smartfonu bazara 4 gövdə rəngində satışa çıxacaq. Obsidian, Mint, Porcelain Bay.
         Qeyd etmək lazımdır ki, adları sadalanmış bu rənglər daha öncəki Pixel modellərində də istifadə edilib. Məsələn Mint adlı gövdə rəngi Pixel 6a-da, Bay adlı gövdə rəngi isə Pixel 8 Pro-da istifadə edilib. Fotolardan da görmək olar ki, Pixel 8a modeli xarici görünüşcə keçən ilki Pixel 8 modelinə bənzəyəcək. Gözləntilərə əsasən Pixel 8a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym ekranla təchiz olunacaq, Tensor G3 prosessoru vasitəsilə çalışacaq və özündə 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 8a-nın yeni real fotoları ortaya çıxıb
    google-pixel-8a-nin-yeni-real-fotolari-ortaya-cixib
    Google Pixel 8a şirkətin reklamında ortaya çıxıb (VİDEO)
    google-pixel-8a-sirketin-reklaminda-ortaya-cixib-video
    Android 15-də smartfon ekranının yeni çalışma rejimi istifadəyə veriləcək
    android-15-de-smartfon-ekraninin-yeni-calisma-rejimi-istifadeye-verilecek
    Google Pixel 8a-nın əsas texniki göstəriciləri və satış qiyməti ortaya çıxıb
    google-pixel-8a-nin-esas-texniki-gostericileri-ve-satis-qiymeti-ortaya-cixib
    Google Search-ün süni zəka funksiyalarına sahib ödənişli versiyası hazırlanır
    google-search-un-suni-zeka-funksiyalarina-sahib-odenisli-versiyasi-hazirlanir