main-post-cover

    M3 prosessorlarına sahib yeni MacBook Pro-lar təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    31.10.2023
    Farid Pardashunas
         M3 prosessorları ilə yanaşı Apple şirkəti həmçinin bu yeni prosessorlar vasitəsilə çalışan 14 16 düym ekranlı yeni MacBook Pro-ları da təqdim edib. Təqdim edilmiş yeni MacBook Pro-lar xarici görünüşcə heç bir dəyişikliyə məruz qalmasalar da, texniki tərəfdən təkmilləşdiriliblər. Dizayn baxımından əsas yenilik Space Black adlı yeni gövdə rənginə sahib MacBook Pro-nun olmasıdır. Digər xarici görünüş özəllikləri baxımından bunlar standart MacBook Pro-lardır. Onu da qeyd etmək lazımdır ki, bu yeni MacBook Pro-ların ekranlarının maksimal parlaqlıq səviyyələri 20% yüksələrək 1600 nit təşkil edib.
         Noutbuklar aktiv soyutma sisteminə sahibdirlər və 4 ədəd xarici monitora qoşulma özəlliyini dəstəkləyirlər. Şirkətin verdiyi məlumata əsasən yeni MacBook Pro-lar bir dəfə şarj olunandan sonra 22 saat ərzində çalışa bilirlər. 14 düym ekrana sahib yeni MacBook Pro hər 3 yeni prosessor versiyasında təqdim olunur və o, 8/18/36 GB RAM ilə 512 GB/1 TB SDD-yə sahibdir. 16 düym ekranlı yeni MacBook Pro isə yalnız M3 Pro M3 Max prosessorlarına sahib versiyalarda təqdim olunur və o, 18/36/48 GB RAM ilə 512 GB/1 TB SSD-yə sahibdir. Yeni MacBook Pro-lar yaxın zamanda satışa çıxacaqlar. 14 düym ekranlı modelin qiyməti 1600$-dan, 16 düym ekranlı modelin qiyməti isə 2500$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple M3 prosessorları təqdim edilib
    apple-m3-prosessorlari-teqdim-edilib
    Apple M3 prosessorlarının texniki tərəfləri barəsində yeni məlumatlar verilib
    apple-m3-prosessorlarinin-texniki-terefleri-baresinde-yeni-melumatlar-verilib
    Apple gecə keçiriləcək tədbirdə nələri təqdim edəcək?
    apple-gece-kecirilecek-tedbirde-neleri-teqdim-edecek
    Büdcəli MacBook-ların qiymətləri iPhone 15in qiymətindən aşağı ola bilər
    budceli-macbook-larin-qiymetleri-iphone-15in-qiymetinden-asagi-ola-biler
    Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
    apple-watch-ultra-3-smart-saati-2025-ci-ile-texire-salinmis-ola-biler