main-post-cover

    Büdcəli MacBook-ların qiymətləri iPhone 15in qiymətindən aşağı ola bilər

    Elm & Texnologiya
    27.10.2023
    Farid Pardashunas
         Son zamanlarda ortaya çıxan məlumatlara əsasən Apple şirkəti büdcəli MacBook üzərində çalışır və onun qiyməti MacBook Air-dan daha aşağı olmalıdır. Bir neçə gün bundan öncə isə məşhur analitik Ming-Chi Kuo da büdcəli MacBook modelinin hazırlandığını təsdiqləmişdi. İndi isə insayderlər bildiriblər ki, Apple kompakt ölçülü MacBook-ların istehsalına geri qayıtmağı planlaşdırır. Söhbət, 12 düym ölçülü ekrana sahib MacBook-dan gedir. Qeyd etmək lazımdır ki, şirkət 12 düym ekranlı MacBook-un istehsalını 2019-cu ildə dayandırmışdı.
         İnsayderlər bildiriblər ki, şirkət hal hazırda 12 13 düym ekranlı büdcəli MacBook-lar üzərində çalışır. Bu MacBook-lar şirkətin planşet və kompüter satışlarının aşağı düşmələri fonunda şirkət üçün yeni gəlir mənbəyi olmalıdırlar. Belə ki, büdcəli MacBook-ların təqribi olaraq 700$ satış qiymətinə sahib olacaqları gözlənilir. Bu isə hətta iPhone 15-in qiymətindən də aşağıdır. Məlumatda qeyd edilib ki, 13 düym ekranlı büdcəli MacBook təhsil müəssisələrinə istiqamətlənəcək. Büdcəli MacBook-ların gələn ilin sonunda satışa çıxacaqları gözlənilir
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
    apple-watch-ultra-3-smart-saati-2025-ci-ile-texire-salinmis-ola-biler
    iPhone 15 Pro modellərinin ekranlarındakı problemi aradan qaldıran iOS 17.1 yenilənməsi istifadəyə verilib
    iphone-15-pro-modellerinin-ekranlarindaki-problemi-aradan-qaldiran-ios-171-yenilenmesi-istifadeye-verilib
    Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər
    android-istifadeciler-ile-muqayisede-ios-istifadeciler-oz-smartfonlarini-tez-tez-deyismirler
    AirPods 4 və yeni AirPods Max artıq gələn il təqdim oluna bilərlər
    airpods-4-ve-yeni-airpods-max-artiq-gelen-il-teqdim-oluna-bilerler
    Apple Vision Pro özündə tibbi funksiyaları birləşdirə bilər
    apple-vision-pro-ozunde-tibbi-funksiyalari-birlesdire-biler