main-post-cover

    OPPO Reno 12 və Reno 12 Pro-nun bəzi texniki təfərrüatları açıqlanıb

    Cihazlar+
    22.04.2024
    Brilyant Rasulova
         OPPO şirkəti aktiv şəkildə Reno 12 smartfon seriyası üzərində çalışır. Çinli insayderlər bu seriyaya daxil olacaq Reno 12 və Reno 12 Pro modellərinin bəzi texniki təfərrüatlarını təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən adi OPPO Reno 12 modeli MediaTek Dimensity 8300 prosessoru, Reno 12 Pro modeli isə Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki adi OPPO Reno 11 modeli Dimensity 8200 prosessoru, Reno 11 Pro modeli isə Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır.
         Bununla yanaşı insayderlər bildiriblər ki, adi OPPO Reno 12 modeli Full HD keyfiyyətli ekranı, Reno 12 Pro modeli isə 1.5K keyfiyyətli ekranı əldə edəcək. Hər iki smartfon plastik materialdan hazırlanmış gövdə ətrafı çərçivəni və şüşə material ilə əhatə olunmuş arxa paneli əldə edəcək. İnsayderlərin sözlərinə əsasən hər iki smartfonda portret rejim çəkilişləri üçün 2 qat optik zoom özəllikli 50 MP-lik teleobyektiv yerləşəcək. Bundan əlavə olaraq hər iki smartfon 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO K12-nin render fotosu təqdim edilib
    oppo-k12-nin-render-fotosu-teqdim-edilib
    OPPO K12 smartfonu Geekbench testlərindən keçib
    oppo-k12-smartfonu-geekbench-testlerinden-kecib
    Orta büdcəli OPPO A3 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-oppo-a3-pro-smartfonu-teqdim-olunub-qiymeti
    OPPO A3 Pro-nun real fotoları ortaya çıxıb
    oppo-a3-pro-nun-real-fotolari-ortaya-cixib
    OPPO A3 Pro barəsində bəzi məlumatlar açıqlanıb
    oppo-a3-pro-baresinde-bezi-melumatlar-aciqlanib