main-post-cover

    Orta büdcəli OPPO A3 Pro smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    15.04.2024
    Brilyant Rasulova
         OPPO şirkəti orta büdcəli OPPO A3 Pro smartfonunu təqdim edib. OPPO-nun bu yeni smartfonu böyük ölçülü ekranı, Dimensity prosessoru, böyük həcmli batareyası və gövdəsinin 3 standart üzrə sudan qorunması özəlliyi ilə seçilir. Beləliklə OPPO A3 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 950 nit təşkil edir. Ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Arxa paneldən isə smartfon OPPO Crystal Shield adlı qoruyucu şüşəyə sahibdir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP69, IP68 IP66 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Bu standartlardan hər biri smartfon gövdəsinin su ilə təması mövzusunda müxtəlif qorunma faktorlarını əks etdirir.
         Yəni, IP69 dedikdə isti suya dözümlülük, IP68 dedikdə su dərinliyinə eniş üzrə dözümlülük, IP66 dedikdə isə su sıçrayışlarına dözümlülük nəzərdə tutulur. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir. OPPO A3 Pro MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 64 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A3 Pro qutudan Android 14 vasitəsilə çalışır. Smartfonun Çində satışlarına yaxın günlərdə start veriləcək. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Çindəki satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 256 GB yaddaş - 277$
    - 12 GB RAM + 256 GB yaddaş - 305$
    - 12 GB RAM + 512 GB yaddaş - 345$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO A3 Pro-nun real fotoları ortaya çıxıb
    oppo-a3-pro-nun-real-fotolari-ortaya-cixib
    OPPO A3 Pro barəsində bəzi məlumatlar açıqlanıb
    oppo-a3-pro-baresinde-bezi-melumatlar-aciqlanib
    Orta büdcəli OPPO A3 Pro smartfonunun təqdimatı anons edilib
    orta-budceli-oppo-a3-pro-smartfonunun-teqdimati-anons-edilib
    OPPO-nun bu ay Android 14-ü əldə edəcək smartfonlarının siyahısı təqdim edilib
    oppo-nun-bu-ay-android-14-u-elde-edecek-smartfonlarinin-siyahisi-teqdim-edilib
    OPPO A3 Pro 5G smartfonunun render fotoları təqdim edilib
    oppo-a3-pro-5g-smartfonunun-render-fotolari-teqdim-edilib