main-post-cover

    iPhone 16, 16 Pro və 16 Pro Max daha böyük həcmli batareyaları əldə edə bilərlər

    Cihazlar+
    08.04.2024
    Brilyant Rasulova
         Apple şirkəti bu ilin sentyabr ayında iPhone 16 smartfon seriyasını təqdim etməlidir. Təqdimata hələ uzun müddət qalmasına baxmayaraq iPhone 16 modellərinin batareyaları barəsində məlumatlar internetdə ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən iPhone 16, iPhone 16 Pro iPhone 16 Pro Max modelləri daha böyük həcmli batareyaları əldə edəcəklər. iPhone 16 Plus modelinin batareya həcmi isə iPhone 15 Plus-dakı kimi və ya ondan daha kiçik həcmdə ola bilər.
         Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış məlumatlarda qeyd edilib ki, iPhone 16 modeli 3561 mAh, iPhone 16 Pro modeli 3355 mAh, iPhone 16 Pro Max modeli isə 4676 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 modeli 3367 mAh, iPhone 15 Pro modeli 3290 mAh, iPhone 15 Pro Max modeli isə 4422 mAh enerji tutumlu batareya ilə təchiz olunur. iPhone 16 Plus modelinə gəldikdə, məlumatda qeyd edilib ki, onun batareya həcmi 4006 mAh təşkil edəcək. Keçən ilki iPhone 15 Plus modeli 4383 mAh enerji tutumlu batareyaya sahibdir. Bu məlumatların nə dərəcədə doğru olduqları bilinmir. Buna görə də onlara bir qədər şübhə ilə yanaşmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple qatlana bilən iPad ideyasından imtina edə bilər
    apple-qatlana-bilen-ipad-ideyasindan-imtina-ede-biler
    Yeni iPad planşetlərinin konkret olaraq nə zaman təqdim olunacaqları açıqlanıb
    yeni-ipad-plansetlerinin-konkret-olaraq-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    Samsung dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb
    samsung-dunyanin-en-boyuk-smartfon-istehsalcisi-statusunu-ozune-geri-qaytarib
    Təqdimata hazırlaşan yeni iPad planşetləri artıq sertifikatlaşdırmadan keçiblər
    teqdimata-hazirlasan-yeni-ipad-plansetleri-artiq-sertifikatlasdirmadan-kecibler
    Apple 700 nəfər işçini ixtisar edib
    apple-700-nefer-iscini-ixtisar-edib