main-post-cover

    Samsung dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb

    Tech-Biznes
    06.04.2024
    Farid Pardashunas
         Bir neçə müddət bundan əvvələ kimi Apple şirkəti dünyanın ən böyük smartfon istehsalçısı statusunu Samsung-un əlindən almışdı. Qeyd etmək lazımdır ki, həmin müddətə kimi Samsung ardıcıl 12 il ərzində bu statusu özündə qoruyub saxlayırdı. Lakin Counterpoint Research şirkətinin vermiş olduğu məlumata əsasən Samsung 2024-cü ilə yaxşı start verərək dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb. Məlumatda qeyd edilib ki, buna səbəb Galaxy S24 smartfon seriyasının Avropa və ABŞ bazarlarında uğurlu şəkildə start götürməsi ilə bağlıdır.
         Məlumata əsasən Samsung fevral ayında 19.69 milyon ədəd smartfon istehsal edib. Bu isə bazardakı bütün smartfonların 20%-ni təşkil edir. İstehsal edilmiş bu smartfonlardan 6.53 milyonu məhz Galaxy S24 smartfon seriyasını əhatə edir. Apple isə həmin müddət ərzində 17.41 milyon ədəd smartfon istehsal edib. Bu, bütün smartfonların 18%-nə bərabərdir. Samsung-un Avropa bazarındakı payı 34% təşkil edir. Bununla belə Apple şirkətinin lider hesab olunduğu ABŞ bazarında Samsung yanvar ayında öz pay göstəricisini 20%-dən 36%-ə yüksəldə bilib. Apple şirkətinin ABŞ bazarındakı pay göstəricisi isə 64%-dən 48%-ə enib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan yeni iPad planşetləri artıq sertifikatlaşdırmadan keçiblər
    teqdimata-hazirlasan-yeni-ipad-plansetleri-artiq-sertifikatlasdirmadan-kecibler
    Samsung Galaxy Watch FE smart saatı hazırlanır
    samsung-galaxy-watch-fe-smart-saati-hazirlanir
    Samsung Galaxy S23 smartfonlarındakı barmaq izi skanı ilə bağlı problemin həlli hazırlanır
    samsung-galaxy-s23-smartfonlarindaki-barmaq-izi-skani-ile-bagli-problemin-helli-hazirlanir
    Samsung Galaxy A52 5G artıq hər ay təhlükəsizlik yenilənməsini əldə etməyəcək
    samsung-galaxy-a52-5g-artiq-her-ay-tehlukesizlik-yenilenmesini-elde-etmeyecek
    Apple 700 nəfər işçini ixtisar edib
    apple-700-nefer-iscini-ixtisar-edib