main-post-cover

    Hakerlər zərərli proqramları GitHub vasitəsilə yayırlar!

    Təhlükəsizlik
    24.04.2024
    Aslan Aslanov

         Məlum olub ki, hakerlər zərərli proqramları yerləşdirmək və yaymaq üçün GitHub-ın şərhlər bölməsindəki fayl yükləmə sistemindən fəal şəkildə istifadə edirlər.

         Təhlükəsizlik tədqiqatçıları hakerlərin GitHub-ın fayl yükləmə bilən şərh sistemindən zərərli proqramları yaymaq üçün istifadə etdikləri boşluğu aşkar ediblər. İstifadəçi GitHub şərhinə fayl yüklədikdə (şərhin özü heç vaxt göndərilməmiş olsa belə) avtomatik olaraq bir yükləmə linki yaradılır. Bu linkdə repozitoriyanın və onun sahibinin adı yer alır və bu səbəbdən, potensial qurbanlar güvənli bağlantı düşüncəsilə faylın təhlükəsiz olduğunu fikirləşərək yükləyirlər. Məsələn, hakerlər zərərli proqram təminatını təsadüfi depoya yükləyə və yükləmə linkinin Microsoft kimi tanınmış tərtibatçı və ya şirkətə aid olduğunu göstərə bilər.
         Təəssüf ki, hazırda tərtibatçıların bu sui-istifadə halının qarşısını almaq üçün şərhləri tamamilə söndürməkdən başqa heç bir çıxış yolu yoxdur, lakin bu da layihələr arasında əməkdaşlığa mane olur. GitHub hesabatlarda müəyyən edilmiş bəzi zərərli proqramları silsə də, əsas zəiflik hələ də aradan qaldırılmayıb və düzəlişin nə vaxt həyata keçiriləcəyi isə hələlik məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Store-un müştərilərin rahatlığı üçün təqdim etdiyi xüsusiyyətini fırıldaqçıların oğurluq məqsədi ilə istifadə etdikləri ortaya çıxıb!
    apple-store-un-musterilerin-rahatligi-ucun-teqdim-etdiyi-xususiyyetini-firildaqcilarin-ogurluq-meqsedi-ile-istifade-etdikleri-ortaya-cixib
    Mercedes-Benz yanlışlıqla mənbə kodlarını hər kəsə açıq şəkildə paylaşdı!
    mercedes-benz-yanlisliqla-menbe-kodlarini-her-kese-aciq-sekilde-paylasdi
    GitHub Copilot Chat çat-botunu hamı üçün istifadəyə verib
    github-copilot-chat-cat-botunu-hami-ucun-istifadeye-verib