main-post-cover

    Android 15 hətta sönülü vəziyyətdə olan itmiş əşyaları tapmağa imkan verəcək

    Əməliyyat sistemləri
    19.03.2024
    Farid Pardashunas
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Find My Device funksiyası Android 15-də yenilənməyə məruz qalacaq. İnsayderlər Android 15-in kodunda smartfon ilə planşetlərin axtarışından cavabdeh olan yeni API-ya rast gəliblər. Məlumatda qeyd edilib ki, aşkar edilmiş API itmiş smartfon və ya planşetin hətta sönülü olduğu halda da cihazı tapmağa imkan verir. İnsayderlərin fikirlərinə əsasən yenilənmiş Find My Device funksiyası belə çalışacaq. Sönülü olan cihaz Bluetooth çipini aktiv olaraq saxlayacaq və əgər yaxınlıqdakı istənilən Android cihaz aktiv Bluetooth çipinə sahib cihazı təyin etsə, o, cihazın yerləşdiyi yer barəsində məlumatları Google serverlərinə göndərəcək və daha sonra həmin məlumatlar yalnız itmiş cihazın sahibinə təqdim ediləcək. İnsayderlər bildiriblər ki, bu yeni funksiya dəqiq şəkildə Pixel 8Pixel 9 smartfonlarında istifadəyə veriləcək. Onun digər brendlərin smartfonlarında istifadəyə verilib-verilməyəcəyi isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 8a təqdimata hazırlaşır
    google-pixel-8a-teqdimata-hazirlasir
    Android 15-də olacaq faydalı funksiyalardan biri sərgilənib (VİDEO)
    android-15-de-olacaq-faydali-funksiyalardan-biri-sergilenib-video
    Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır
    apple-sirketi-google-gemini-suni-zeka-modelini-iphone-lara-inteqrasiya-etmeyi-planlasdirir
    Google I/O 2024 konfransının keçirilmə tarixi elan edilib
    google-io-2024-konfransinin-kecirilme-tarixi-elan-edilib
    Qatlana bilən Google Pixel Fold 2-nin ekranlarının dəqiq ölçüləri açıqlanıb
    qatlana-bilen-google-pixel-fold-2-nin-ekranlarinin-deqiq-olculeri-aciqlanib