main-post-cover

    Yeni Xiaomi CC seriyasının daha bir smartfonunun real fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    24.06.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin yeni smartfon seriyasına daxil olacaq Xiaomi CC9CC9e modelləri barəsində məlumat sızıntılarından sonra yeni seriyaya daxil olacaq daha bir smartfon modelinin real fotosu Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxdı. Bu barədə Gagadget saytı xəbər verib. Ortaya çıxmış fotodan da görmək olar ki, smartfon genişformatlı ekrana sahib olacaq və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq.

        Redmi K20Redmi K20 Pro smartfon modellərindən fərqli olaraq bu smartfonda ön kamera funksiyasını Asus ZenFone 6 modelindəki kimi arxa kamera yerinə yetirəcək. Güman olunur ki, bu, əsas kamera modulu 48 MP-lik olacaq üçlü kamera və əlavə iki kamera modulu olacaq. Smartfon gələn ay təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər