main-post-cover

    Yaponiyada disketlərdən dövlət səviyyəsində hələ də istifadə edilir

    Elm & Texnologiya
    01.09.2022
    Farid Pardashunas
        Yaponiya bir çoxları tərəfindən adətən aparıcı texnologiyaların istifadəsi ilə tanınır. Lakin hər yerdə olduğu kimi bu ölkənin də öz nüansları var. Belə ki, Yaponiyada sənədlərin və ya ərizələrin müxtəlif qurumlara təqdim edilməsi zamanı disketlərdən CD disklərdən istifadəni tələb edən köhnə qanunlar qüvvədədir. Yaponiyanın rəqəmsal məsələlər üzrə naziri olan Kono Taro bu problemin aradan qaldırılması üçün ciddi addımların atılmasına qərar verib. Nazir bu məsələ ilə bağlı olan vacib bəyanatı Yaponiya rəqəmsal cəmiyyəti üzrə 5-ci konseptual konfransı çərçivəsində verib. Sözügedən konfrans çərçivəsində ölkədəki dövlət xidmətlərinin rəqəmsallaşdırılması ilə bağlı məsələlər həll edilir.
        Nazirin sözlərinə əsasən hal hazırda ölkədə 1900 prosedur var hansılar ki, biznesdən və vətəndaşlardan ərizələrin və s. sənədlərin fiziki şəkildə təqdim edilməsini tələb edirlər. Ərizələrin və sənədlərin fiziki şəkildə təqdim edilməsi üçün isə insanlar disketlərdən, CD disklərdən və digər köhnəlmiş fiziki daşıyıcılardan istifadə etməli olurlar. “İndiki zamanda disketləri hardan almaq olar? Biz tez bir zamanda bu qaydalara yenidən nəzər yetirəcəyik” - deyə nazir öz bəyanatı çərçivəsində qeyd edib. Gözləntilərə əsasən Yaponiya hökuməti milli identifikator yaradacaq və həmin identifikator vasitəsilə vətəndaşlar asanlıqla dövlət xidmətlərindən istifadə edə biləcəklər. Yaradılacaq identifikator MyNumber adını əldə edəcək və vətəndaşların bir çox məsələsini köhnəlmiş fiziki daşıyıcılardan istifadə etmədən internet üzərindən həll etməkdə yardımçı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər