Xiaomi şirkətinin CEO-su Mi 10 modelinin çıxış tarixini təsdiqlədi
Elm & Texnologiya
24.01.2020
Nijat Hamid
Xiaomi şirkəti hal-hazırda növbəti flaqman ailəsi olan Mi 10-u təqdim etməyə hazırlaşır. Bu model Snapdragon 865 ilə çıxması gözlənilən ilk telefon ünvanına malik olacaq. Daha əvvəlki sızdırılan məlumatlara görə telefon Fevral ayında, Galaxy S20 modelinin təqdimatından daha əvvəl təqdim edilməsi gözlənilir. Xiaomi CEO-su da bunu təsdiqlədi.
Xiaomi CEO-su olan Lei Jun, Mi 10 modelinin 2020-nin əvvəllərində çıxacağını təsdiqlədi. Lakin tam dəqiq tarix vermədi.
Telefonun ən önəmli fərqi isə qiymətinin olacağı deyilir. Rəqibləri ilə müqayisədə daha uyğun qiymətə satışa çıxacağından bəhs edilir. Cihaz ilə bağlı bilinən digər məlumatlar isə 90 Hz yenilənmə tezliyinə malik ekranının olacağı, Snadragon 865 prosessoruna və 6.5 düym OLED ekranının olacağıdır. Həmçinin 5G modellərinin də satışa çıxacağı gözlənilir. Həmçinin 12 GB Ram və 128/256/512 GB yaddaş seçimlərinin də olması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ