Xiaomi şirkəti selfie fotolar üçün yeni smartfon modellərinin təqdimatını anons etdi
Elm & Texnologiya
20.06.2019
Farid Pardashunas
Xiaomi şirkətinin general direktoru Lei Jun Çinin Weibo sosial şəbəkəsində bildirib ki, sabah şirkət selfie fotoların çəkilməsi üçün nəzərdə tutulmuş smartfon seriyasını təqdim edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən sabahkı təqdimatda şirkət Xiaomi Mi CC9 və Mi CC9e smartfon modellərini təqdim edəcək. Hər iki smartfon modeli 32 MP-lik ön kamera ilə təchiz olunmalıdır.
Mi CC9 modeli 8 nüvəli Snapdragon 730 prosessoru, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, əsas kamera modulu 48 MP olacaq üçlü arxa kamera, ekran üzərində damcı formalı çıxıntı hissə və 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Xiaomi Mi CC9e modeli isə Snapdragon 712 prosessoru, kənar hissədə yerləşdirilmiş barmaq izi skanı texnologiyası və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı batareya ilə təchiz olunmalıdır. Həmçinin hər iki smartfon modelinin NFC modula sahib olacağı da gözlənilir. Smartfonların 216-360$ civarında satılacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ