Xiaomi şirkəti rəsmi olaraq Mi Band 4 smart qolbağının təqdimat tarixini elan etdi
Elm & Texnologiya
04.06.2019
Farid Pardashunas
Bir neçə ay ərzində ortaya çıxmış çoxlu sayda məlumat sızıntılarından sonra Xiaomi şirkəti nəhayət ki, Mi Band 4 smart qolbağının təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Şirkət Çinin Weibo adlı sosial şəbəkəsində təqdimata aid poster pylaşıb. Həmin posterə əsasən Mi Band 4 smart qolbağı 11 iyun tarixində təqdim olunacaq. Onu da qeyd etmək lazımdır ki, ondan bir gün qabaq yəni, 10 iyun tarixində Redmi K20 smartfon seriyasının qlobal versiyaları olacaq Xiaomi Mi 9T ilə Mi 9T Pro smartfon modellərinin təqdimatları baş tutacaq. Son məlumatlara əsasən Mi Band 4 qolbağı iki versiyada satışa çıxacaq: NFC modul ilə və NFC modulsuz. Mi Band 4-də olacaq əsas yenilik ondan ibarətdir ki, qolbaq rəngli ekrana və 135 mAh enerji tutumlu batareyaya sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!