main-post-cover

    Xiaomi şirkəti Pocophone F2-nin nə zaman satışa çıxacağına işarə etdi

    Elm & Texnologiya
    23.12.2019
    Farid Pardashunas
     
        Hələ iyul ayının sonunda məşhur Geekbench bençmark saytında Pocophone F2 smartfonu ortaya çıxmışdı. Lakin həmin vaxtda şirkət həmin sızdırılmış məlumata heç bir fikir bildirməmişdi. İndi isə Pocophone şöbəsinin rəhbəri olan Alvin Tse öz Twitter hesabında Poco brendinin növbəti planlarına işarə edib. Bu barədə 4pda saytı xəbər verib.
        Onun paylaşdığı posta əsasən demək olar ki, Poco seriyasının yeni cihazının satışa çıxması artıq çox yaxındır. Heç istisna deyil ki, sözügedən brendin yeni smartfonu bir neçə aydan sonra təqdim olunacaq. Ümumiyyətlə söhbətin smartfondan gedib-getməməsi də bilinmir. Sadəcə olaraq rəsmi məlumatları və ya insayderlər tərəfindən olan məlumat sızıntılarını gözləmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər