main-post-cover

    Xiaomi şirkəti özünün CC adlı üçüncü smartfon seriyasını anons etdi

    Elm & Texnologiya
    21.06.2019
    Farid Pardashunas
        Biz hələ dünən xəbər vermişdik ki, bugün Xiaomi şirkəti özünün CC adlı yeni smartfon seriyasını təqdim edəcək. Lakin bunun yerinə şirkətin CEO-su Lei Jun sözügedən yeni smartfon seriyası barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Lei Jun-un verdiyi məlumata əsasən bundan sonra şirkət 3 smartfon seriyasına sahib olacaq: Redmi, Mi CC. Yeni smartfon seryasının adı Colorful & Creative və ya Camera & Camera kimi ifadə olunur.
        Sözügedən yeni smartfon seriyası üzərində Chic & Cool 90 adlı ən cavan mühəndislər komandası çalışır. Həmin komandaya həmçinin bir neçə müddət bundan öncə Xiaomi tərəfindən alınmış Meitu şirkətinin işçiləri də daxildir. Beləliklə CC şöbəsi gənclər üçün nəzərdə tutulmuş gözəl xarici görünüşə və kamera özəlliklərinə sahib smartfon modelləri yaradacaqlar. Şirkətin yeni smartfon seriyasının ilk cihazları isə Xiaomi CC9CC9e modelləri olacaqlar. Bu smartfonlar artıq yaxın zamanda təqdim olunmalıdırlar.
        Məlumata əsasən CC9 modeli Snapdragon 730 prosessoru, ekran üzərində damcı formalı çıxıntı hissə, 32 MP-lik ön kamera, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, üçlü arxa kamera və 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
        CC9e modeli isə Snapdragon 712 prosessoru, kənar tərəfdən barmaq izi skanı texnologiyası və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı batareya ilə təchiz olunmalıdır. Hər iki smarrtfonun həmçinin NFC modula da sahib olacağı və 230-350$ qiymətində satılacaqları gözlənilir. Bunlardan əlavə olaraq Xiaomi CC seriyasına həmçinin fırlana bilən arxa kameraya sahib smartfon modeli də daxil olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər