main-post-cover

    Xiaomi şirkəti MIUI interfeysində olacaq yeni funksiyalar barədə məlumat verdi

    Elm & Texnologiya
    24.06.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti yaxın müddətdə özünün MIUI adlı istifadəçi interfeysinin əldə edəcəyi yeni funksiyalar barəsində məlumatlar verməyi qərara alıb. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib.
    SIM kartlar arasında keçid:
        Bundan sonra mobil şəbəkələr vasitəsilə məlumatların ötürülməsində istifadə olunan SIM kartlar arasında keçidi xüsusi idarəetmə panelində reallaşdırmaq mümkün olacaq. Həmin panelə bu proses üçün xüsusi ikon əlavə olunacaq. Sadəcə olaraq ona klik etməklə istifadəçi lazım olan SIM kartı seçə biləcək.

    Uzun screenshotlar:
        Bu, səhifələrin müəyyən fraqmentini deyil səhifənin tam formatını özündə əks etdirəcək screenshotlar olacaq. Həmin screenshotları etməyə imkan verəcək ikon isə ekrandakı kiçik paneldə yerləşəcək.

    Panoram selfie fotolar:
        MIUI-nin yeni verisyası həmçinin panoram selfie fotoların çəkilməsi üçün taymerin təyin olunması imkanını təqdim edəcək. Bunun üçün sadəcə olaraq kameraya daxil olaraq panoram çəkilişi seçmək lazımdır.

        Bu funksiyaların nə zaman MIUI interfeysinə əlavə olunacaqları barəsində hələki məlumat yoxdur. Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, MIUI 10-nun beta versiyasına Screen Time adlı funksiya da əlavə olunub. Həmin funksiya bildirişlərin, ekran bloklaşdırılmasından və tətbiqlərdən istifadə saylarını öyrənməyə imkan verəcək. Bundan əlavə olaraq həmin funksiya sayəsində müəyyən tətbiqlərdən istifadə üçün zaman limitini də təyin etmək olacaq. Təyin olunmuş vaxtın bitməsindən sonra zaman limitini yenidən təyin etmək olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər