main-post-cover

    Xiaomi Pad 6 planşetləri təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    18.04.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti Xiaomi 13 Ultra flaqman smartfonu ilə yanaşı Xiaomi Pad 6 planşet seriyasını da təqdim edib. Təqdim edilmiş yeni planşet seriyasına iki model daxil olub. Xiaomi Pad 6 və Pad 6 Pro. Bu planşetlər öz aralarında prosessor, batareya göstəriciləri və kameralar üzrə fərqlənirlər. Beləliklə hər iki model 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 11 düym LCD ekran ilə təchiz olunub. Planşetlərin ekranları Dolby Vision dəstəyinə sahibdirlər və onlar Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunublar. Planşetlər həmçinin Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiriciyə sahibdirlər.
        Əsas texniki göstəricilərə gəldikdə ilk öncə qeyd etmək lazımdır ki, adi Xiaomi Pad 6 modeli Snapdragon 870 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Pad 6 Pro modeli isə Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirir. Xiaomi Pad 6 modeli 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 8840 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Xiaomi Pad 6 Pro isə 50 MP + 2 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 8600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi 6 Pad planşetlərinin satışlarına artıq bu həftə Çində start veriləcək. Müəyyən müddətdən sonra isə onlar qlobal bazarda satışa çıxacaqlar. Planşetlərin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Xiaomi Pad 6 - 290$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Xiaomi Pad 6 - 305$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi Pad 6 - 349$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Xiaomi Pad 6 Pro - 363$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi Pad 6 Pro - 407$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi Pad 6 Pro - 451$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi Pad 6 Pro - 494$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər