Xiaomi Mi9 Pro 5G'nin ilk real fotoları sızdırıldı (VİDEO)

Xiaomi Mi9 Pro 5G'nin ilk real fotoları sızdırıldı (VİDEO)

Texnologiya
19.09.2019 PAYLAŞIM

    İnternetdə Xiaomi Mi9 Pro 5G smartfon modelinin real fotoları ortaya çıxıb. İnsayderlər smartfonun dizaynından başqa onun ikitərəfli şarj texnologiyasını Apple AirPods qulaqlıqları misalında sərgiləyiblər. Bu barədə Slashleaks saytı xəbər verib. Xarici görünüşcə Mi9 Pro 5G modeli adi Mi9-u kopyalayır. Smartfon ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.

    Ekranın özü isə ənənəvi çərçivəli dizayna sahibdir. Fotodan da görəmək olar ki, smartfon 48 MP-lik üçlü arxa kameraya sahib olacaq və 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Sözügedən smartfon həmçinin 10 vatt gücündə olan ikitərəfli şarj texnologiyasını da dəstəkləyəcək. Bu texnologiyanı test etmək üçün Apple AirPods qulaqlığı smartfonun arxa panelinin üzərinə qoyulub. Nəticədə qulaqlıq şarj edilib.

    Mi9 Pro 5G modeli artıq Çinin bir sıra online mağzalarında ortaya çıxıb. Xiaomi şirkətinin bazardakı ən aşağı qiymətə sahib 5G smartfonu satışa çıxardacağı bəyanatlarına baxmayaraq bəzi online mağazalar bu smartfona 1415$ qiymət göstəricisi təyin ediblər. Heç istisna deyil ki, smartfonun rəsmi satış qiyməti məlum olmadığı üçün satıcılar bu cür qiymət göstəricisini təyin ediblər. Qeyd etmək lazımdır ki, Mi9 Pro 5G modeli 24 sentyabr tarixində Mi Mix 4 ilə birlikdə təqdim ediləcək. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkətinin gəlirləri yüksəlib

Huawei şirkəti bu ilin ilk 9 ayı ərzində əldə etdiyi gəlirlərdən danışıb.


SpaceX şirkəti Yer kürəsinin orbitini Starlink internet peykləri ilə əhatə etməy..

SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə Starlink layihəsi çərçivəsində 60 ədəd internet peykini ..


3 illik fəaliyyətdən sonra Google şirkəti Daydream VR layihəsini bağladı

Şirkət VR cihazı satışdan çıxartdı və tətbiqlərdən ibarət platformanın inkişafını dayandırdı...


Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilə..

Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi.


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..