Xiaomi CC9 smartfonu qlobal bazarda Xiaomi Mi 9 Lite adı ilə satışa çıxacaq
Elm & Texnologiya
02.09.2019
Farid Pardashunas
Biz artıq dəfələrlə xəbər vermişik ki, Xiaomi CC9 smartfon modeli qlobal bazarda satışa çıxacaq. Lakin daha əvvəllər güman edilirdi ki, qlobal bazarda bu smartfon Xiaomi Mi A3 Pro adı ilə satışa çıxacaq. Lakin indi bu barədə tamamilə başqa məlumat ortaya çıxıb. Belə ki, XDA-Developers saytının baş redaktoru Android cihazların sertifikatlaşdırılması siyahısında CC9 smartfonunu aşkar edib. Bəzi bazarlar üçün bu smartfon Xiaomi Mi 9 Lite adını əldə edib.
Burdan da belə qənaətə gəlmək olar ki, Çindən kənarda CC9 smartfon modeli keçən ilki Mi 8 Lite smartfonunun davamçısı qismində satışa çıxacaq. Məlumata əsasən Xiaomi Mi 9 Lite modeli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, Snapdragon 710 prosessoru, 6 GB RAM, 48 MP-lik üçlü arxa kamera, sürətli enerji yığma texnologiyalı 4030 mAh enerji tutumlu batareya, USB-C girişi və kontaksız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul ilə təchiz olunacaq. Xiaomi CC9-un qlobal versiyasının nə zaman təqdim olunacağı məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ